top-icons

Language Switcher

top-tel

(+994 12 ) 502 47 17

(+994 51 ) 302 70 69

Breadcrumbs

AVİS Tibbi Marketlər Şəbəkəsi Haqqında

AVİS Tibbi Marketlər Şəbəkəsinin fəaliyyəti pərakəndə əczaçılıq sektorunda birbaşa müştəriyə xitab edir. Daim yüksək keyfiyyətli məhsul və xidmətlərə üstünlük verən şirkətimiz əsasən 4 istiqamətdə fəaliyyət gostərir:

  • Aptek
  • Tibbi market
  • Optika
  • Eşitmə Mərkəzi

AVİS Tibbi Marketlər Şəbəkəsi olaraq müvəffəqiyyət qazanmağımızın səbəblərindən biri, əsas işimizin əczaçılıq olmasından qaynaqlanır. Şirkətimiz Optika, Tibbi market, Aptek və Eşitmə mərkəzi olaraq bu sahədə təcrübəli mütəxəssislərimiz vasitəsilə etibarlı və müştəri məmnuniyyətini ön planda tutaraq, gələcəyə doğru irəliləməkdədir.

AVİS Tibbi Marketlər Şəbəkəsi, hər zaman müştərilərə yüksək keyfiyyətli, dövlət standartlarına uyğun dərman vasitələrini təqim etməyə çalışır.
Əsas işimiz insan sağlamlığı olduğu üçün, çox diqqətli davranmaq məcburiyyətindəyik. Mağazalarımızda insanların istədikləri, ehtiyac duyduqları, Azərbaycan bazarında mövcud olan bütün məhsulları təqdim etməyə çalışırıq.

“Keyfiyyətdə güzəşt olmaz”

AVİS Tibbi Marketlər Şəbəkəsi qurulduğu 1998-ci ildən etibarən Azərbaycanda müasir, dünya standartlarına uyğun əczaçılıq sisteminin qurulmasında mühüm rol oynayıb. Bu sektorda dünyada və Türkiyədə baş verən innovativ yeniliklərin Azərbaycan əczaçılıq bazarına tətbiq edilməsində AVİS Tibbi Marketlər Şəbəkəsinin rolu danılmazdır. Həmçinin, fəaliyyətdə olduğu müddətdə, eyni zamanda yüzlərlə praktik cəhətdən təcrübəli əczaçı yetişdirilməsində əvəzsiz fəaliyyəti olub.

Dərman vasitələrinin, kosmetik vasitələrin və s. saxlanma şəraiti hər zaman diqqət mərkəzində saxlanılmaqdadır. Xüsusi saxlanma şəraitinə ehtiyac duyulan dərman vasitələri üçün aptek şöbələrimizdə özəl şərait yaradılıb. Bununla yanaşı, dərman preparatlarının istifadəyə yararlılıq müddətinə xüsusilə diqqət yetiririk.

İnsan sağlamlığı həssas bir sahə olduğu üçün, vaxtlı-vaxtında aptekimizdəki dərmanların sertifikatlarının da alınması həmişə diqqət mərkəzində olur.

Modern dizayn

AVİS Tibbi Marketlər Şəbəkəsinə aid aptek şöbələrimiz rahat, dünya standartlarına cavab verən və müştəriyə güvən verən bir formada dizayn olunub.

Gülərüzlü Xidmət

Biz, insanların sağlamlıqlarına qovuşmaları üçün sağlamlıq vasitələrini təqdim edərkən, eyni zamanda müştəri məmnuniyyətinə də xüsusi diqqət yetiririk. Müştəri məmnuniyyəti bizim üçün çox önəmlidir. Həmişə müştərilərimizin bizim əczaxanalardan məmnun bir şəkildə ayrılmasına çalışırıq. Bunun üçün də bütün personalımız bu sahədə vaxtaşırı kurs proqramlarına dəvət edilir.

Hazırda paytaxt Bakıda 7 şöbəmiz fəaliyyət göstərir. Həmçinin, yarandığı gündən bəri personallarımız üçün müxtəlif seminarlar keçiririk. Şöbə sayımızın artması ilə yanaşı, xidmət səviyyəmizi də həmişə yüksələn bir trenddə davam etdirmək və korporativ mədəniyyətimizin qorunub-saxlanması üçün lazım olan bütün çalışmaları həyata keçiririk.

Missiyamız:

Sağlam həyat keyfiyyətini yüksəltmək

Vizyonumuz:

İnsanyönlü xidmətə əsaslanaraq öz sektorunda qabaqcıl və nümunəvi tibb müəssisəsi olmaq

Şüarımız:

Sağlamlıq xoşbəxtlikdir!

Dəyərlərimiz

İnam,

Doğruluq, dürüstlük, etibarlılıq
Tanıyan müştərilərin güvəni sonsuzdur. Bu dəyər qazanılmışdır. Ən vacibi isə saxlamaqdır. Bu dəyəri qorumaq, insanların inamını, güvənini itirməmək ən vacib məsuliyyətlərimizdəndir. Bunun üçün kadrların seçimi, onların adaptasiyası, Şirkət prinsip və dəyərlərinə uyğun hazırlanmasına xüsusi diqqət yetirilir.

Məmnuniyyət

Bu nə deməkdir? Müştərinin qapıdan girib istədiyini alandan sonra qapıdan çıxana qədər və sonra həmin məhsulu istifadə etdiyi müddətdə də onunla əlaqələrdir. Müştəriləri gülərüz qarşılayıb onun istədiklərini tam rahat şəkildə yerinə yetirməkdən tutmuş bütün yüksək xidmət standartlarını layiqincə yerinə yetirməkdir. Həm müştəri məmnuniyyəti, həm də işçi məmnuniyyəti Şirkətin ən çox önəm verdiyi dəyərlərindəndir.

Peşəkarlıq

Bununla bağlı həm peşə təlimləri, həm də şəxsi performans təlimləri keçiririk. Personallarda peşəkarlıq dəyərlərinin artırılması ilə müştəri məmununiyyəti dəyərinə də müsbət mənada təsir edilmiş olunur. Personal nə qədər çox məlumatlı olursa, məhsullar haqda müştərini bir o qədər məmnun etmiş olur.

Daimi İnkişaf

Şirkət innovativ yeniliklərin tətbiqi baxımından dünya praktikasını izləyir və onların şərait və imkanlar çərçivəsində tətbiqinə çalışır. Yeniliklərin tətbiqi kadrların inkişafına da öz töhvəsini verir. Və beləliklə, yüksək təcrübəyə malik mütəxəssislərin hazırlanmasına imkan yaradır.

Sosial məsuliyyət

Personallar insanpərvər və məsüliyyətli olmalıdır. Öz xalqına, millətinə və ümumiyyətlə, insanlara qarşı çox məsuliyyətli davranmalı və onları sevməlidir. Bütün bunlar peşəkar təlimlərdən öncə gəlir.