top-icons

Language Switcher

top-tel

(+994 12 ) 502 47 17

(+994 51 ) 302 70 69

Breadcrumbs

SAĞLAM DİŞLƏR

13567002 524153867775590 5067962191333700893 n

Sağlam dişlərə sahib olmaq hər kəsin arzusudur. Amma bunu tək fırçalamaqla etmək olmaz.

  Sağlam dişlər üçün,aşağıdakı 9 qaydaya əməl etmək lazımdır:

  1. Kalsium və C vitamini ilə zəngin məhsullar yemək lazımdır. 

  2. 6 ayda bir mütləq diş müayinəsini etdirmək və gündə azı 2 dəfə dişləri fırçalamaq lazımdır.

  3.Dişlərə qulluqda fırca və məcun kifayət deyil. Onlarla yanaşı diş sapı,qarqaralardan da istifadə edilməlidir.

 

4. Fırça seçimi önəmlidir. Fırça orta sərtlikdə olmalı və 3 aydan bir dəyişdirilməlidir. 

  5.

Fırça dişlərə 45 dərəcəlik bucaq altında yerləşdirilməli, yuvarlaq şəkildə çox sərt olmamaq şərti ilə sürtülməlidir.

  6. Yaşın artması dişlərində qocalması mənasına gəlmir.Saralmış və çürümüş dişlər yaşlanmağın deyil,qulluq edilməməyin nəticəsidir.        

  7. Hər fırçalama zamanı noxud boyda məcundan istifadə yetərlidir.

  8. Xüsusilə ortodontik müalicədən yararlananlar dişləri ilə bağlı daha həssas olmalıdırlar.

  9. Uşaqlarda ilk ortodontik müayinə 7 yaşdan sonra olmalıdır. Erkən yaşda olan müayinə dişlər daimi olmadığı üçün,effektiv olmaya bilər.

 Ağız və diş sağlamlığı uşaq yaşda olmalıdır. Əgər diş əti,dişlər,çənə sümüyündə və sairə ağızla bağlı hər hansı anormallıq müşahidə etsəniz vaxt itirmədən həkimə müraciət edin.