top-icons

Language Switcher

top-tel

(+994 12 ) 502 47 17

(+994 51 ) 302 70 69

Breadcrumbs

DEMODEKS - DƏRI ALTI GƏNƏ

demodeks
Demodeks gənələri bütün dünyada geniş yayılmış parazitlərdir. 
 
Bu gənələr insanda heç də xoşagəlməyən demodekoz xəstəliyini törədirlər. Latın dilindən tərcümədə Demo piy, Dex isə qurd, soxulcan deməkdir. Hər bir növ demodeksin özünəməxsus forma və xarakteristikası var. Rəngi ağ olub, yarımşəffafdır. Xaricdən nazik keratin membranla əhatələnib. Uzunsov bədəninin hər iki tərəfində şotkaşəkilli ayaqları var. Demodekoz təmas-kontakt yolu ilə keçir. Demodekoz zamanı üz və baş dərisi qızarır, qaşıntı yaranır, saçlar və kirpiyin tükləri tökülür.
 
 
1. Üz dərisində qırmızı ləkələr
2. Genişlənmiş dəri məsamələri
3. Dərinin həddən artıq yağlanması
4. Dəri rənginin solğun və ya bozumtul-torpaq rəngində olması
5. Dəri səthinin kələ-kötür olması
6. Üzdə mimiki hərəkətlərdə çətinliyin yaranması
7. Burun ölçülərinin böyüməsi (rənginə görə göyümtül-qırmızı gavalıya bənzəyir-rinofima)
8. Dəridə qaşınma və gicişmə hislərinin olması (xüsusilə gecələr)
9. Dəridə gənə olan nahiyələrdə tüklərin tökülməsi
10. Qulaq seyvanlarının qaşınması
 
 
Bəzən demodekoza başın tüklü nahiyəsində, qaş və kirpiklərdə də rast gəlinir. Demodexcinsindən olan bu gənələr insan orqanizmindən xaricdə uzun müddət yaşaya bilirlər. İnsan bu xəstəliyə gənə daşıyıcısı olan digər insandan yoluxur, hətta ev heyvanlarından yoluxma da mümkündür. Yaz-yay aylarında bu xəstəliyə daha tez-tez rast gəlinir. Eyni zamanda dərialtı demodeks gənələri rozasea və perioral dermatit (bu xəstəliklər zamanı dəridə bu gənələrin miqdarı artır) kimi bir çox xəstəliklərin ağırlaşmasında da iştirak edirlər. 
Demodeksin sevdiyi yerlər – göz qapağı, üzün dərisi, qaşüstü qövs nahiyəsi, alın, burun-dodaq büküşləri, çənə və xarici qulaq keçəcəyi nahiyələridir.Xəstəlik uzun müddət davam edərsə, gənələr sinə və kürək nahiyəsinə də yayıla bilər. Demodekoz xəstəliyinə xüsusilə immun sistemi zəifləmiş, maddələr mübadiləsi pozulmuş, ammetropiyası olan, uzaqgörmədən əziyyət çəkən yaşlı insanlarda, xroniki mədə-bağırsaq pozğunluğu olan uşaqlarda rast gəlinir.