top-icons

Language Switcher

top-tel

(+994 12 ) 502 47 17

(+994 51 ) 302 70 69

Breadcrumbs

ZƏNCƏFİLİN FAYDALARI

Zəncəfilin faydaları  Qana Faydaları: Zəncəfil normal qan dövranını qoruyur. Daşıdığı xrom, sink və maqnezium qan axınını sürətləndirdiyi kimi, həddən artıq tərləmə və titrəmənin qarşısını alır. Həmçinin bədənin temperaturunu nizamlayır.
 Mədəyə Faydaları: Zəncəfilin mədə ürək bulanması və qusmalara qarşı təsirli olduğu məlumdur. Dəniz hərbçiləri üzərində aparılan araşdırmalar nəticəsində bu sübut edilmişdir. Mədə və mədəaltı vəzi hormonlarının xəbərdaredici xüsusiyyətindən dolayı orqanizmdə sorulmanı artırır.


 Soyuqdəyməyə Faydaları: Zəncəfil Asiya bölgəsində minlərlə ildir ki, soyuqdəymə və qripə qarşı təbii müalicə üsulu olaraq istifadə edilir. University of Merilend Tibb Mərkəzinin apardığı araşdırmalar nəticəsində qrip və soyuqdəyməyə qarşı yaxşı parçalanmış 2 yemək qaşığı zəncəfilin çox yaxşı təsir etdiyini ortaya qoymuşdur. Bu şəkildə gündə 2-3 dəfə istehlak edilən zəncəfil sayəsində qısa müddətdə qrip və soyuqdəymədən xilas olmaq mümkündür.

 Həzmə Faydaları: Mədə xəstəlikləri ilə çox yaxşı mübarizə aparır. Zəncəfil qidanın sorulmasını artıraraq həzmi asanlaşdırır, beləcə mümkün mədə ağrılarından qoruyur. Zəncəfilin iltihabı azaldan xüsusiyyəti vardır.
 Ağrı və İltihablara Faydaları: Ağrı və iltihabı azaldır. Zəncəfil, məlum olan ən güclü iltihab əleyhinə maddələr daşıdığından dolayı təbii və çox güclü ağrıkəsicidir.
 Tənəffüs Yollarına Faydaları: Tənəffüs yolu xəstəliklərini müalicə edir. Əgər davamlı öskürmə probleminiz var isə mütləq zəncəfil istehlak etməlisiniz. Zəncəfil, daşıdığı qida maddələrinin köməyilə ciyərləri genişləndirir, selikli qişalara təsir edir və daha rahat nəfəs alıb verməyinizi təmin edir. Bununla yanaşı təbii bir bəlğəm gətirən, bəlğəmin azalmasını və atılmasını təmin edir,
 İmmunitet Sisteminə Faydaları: İmmunitet sistemini gücləndirir. Zəncəfil immunitet sisteminin güclənməsinə yardımçı olur. Nizamlı olaraq gündə bir miqdar zəncəfil yemək arteriyalarda meydana gələn yağlanmaya mane olur və iflic riskini salır. Bununla yanaşı mədədə meydana gələn bakteriyel infeksiyalara qarşı bizi qoruyur, öskürək və boğaz problemlərini aradan qaldırır,
 Ürək Bulanmasına Faydaları: Səhərlər meydana gələn və bəzi insanlarda xroniki olaraq görülən ürək bulanmasına yaxşı təsir edir.
 Şəkər Xəstəliyinə Faydaları: Zəncəfil şəkər xəstələrinə yaxşı təsir edir və ayrıca qandakı yağ səviyyəsini salaraq damarları qoruyur.