top-icons

Language Switcher

top-tel

(+994 12 ) 502 47 17

(+994 51 ) 302 70 69

Breadcrumbs

Avis Optik

Avis Optik olaraq əsas missiyamız daim doğru, dürüst, gülərüz şəkildə xidmət edərək, müştərilərimizi məmnun etməkdir. Şirkətimiz, öz müştərilərinə modern mağazalarında hər gün inkişaf etməkdə olan texnologiya ilə birlikdə dünyanın məşhur brendləri olan optik çərçivə, günəş gözlüyü, optik və günəş gözlüyü şüşələri və linzalarda yüksək keyfiyyətli xidmət göstərir. Qeyd edək ki, göstərdiyimiz xidmətlər bu sektorda da qabaqcıl, avanqard bir şəkildə həyata keçirilir.

Avis Optikanı digər mağazalardan fərlqləndirən əsas xüsusiyyətlər hansılardır? Bizim fərqimiz optik şüşənin nömrəsindən asılı olmayaraq qısa müddət ərzində məhsulu hazırlayıb müştəriyə təqdim etmək, göstərilən xidməti tam zəmanətli şəkildə həyata keçirməkdir. Çərçivəni müştəri seçir və ona lazım olan şüşə isə qısa müddət ərzində hazırlanıb müştəriyə təqdim edilir.

Xidmətlərimiz

Gözün optik müayinəsi
İstənilən optik şüşələrin sifarişi
Zəmanətli xidmət
Alınan çərçivələrə ödənişsiz təmir xidməti

Brendlərimiz:

Ray-Ban
Osse
Mustang
Bvlgari
Calvin Klein
Carrera
Cartier
Chopard
Dior
Dolce&Gabbana
Emilio Pucci
Emporio Armani
Giorgio Armani
Gucci
MontBlank
Mercedes
Hawk
Miu-Miu

Sıfırdan sona tam xidmət

Texniki dəstək tələb edən əsas sistemlərimiz optika və eşitmə sistemlərimizdir. Burada sıfırdan müştəriyə çatana kimi bütün proseslər bizim nəzarətimiz altında həyata keçirilir. Burada əsasən nələrə diqqət edilir? Görmə qusuru olan insanlara təqdim olunan xidmət. Bu insanlar ya xəstəxanalarda ya da bizim öz müayinə otağımızda müayinə olunurlar. Burada bizim Optometrist xidmətlərimiz var. Bu xidmətlər sayəsində xəstələr müayinə olunurlar və sonra görmə qüsurunun dərəcəsi eynəklə korreksiya olunacaq bir problemdirsə bu problem reseptləşdirilir və ona uyğun şüşələr düzəldilir və müştəriyə ən son məhsul kimi təqdim edilir. Təbii ki, adaptasiya dövrü də olur. Bu dövr ərzində müştəriylə davamlı əlaqə saxlanılır. Satılan optik eynəklərin, linzaların bütün növləri optikada təqdim olunur və əsas xüsusiyyəti də odur ki, bunlar keyfiyyətli firmaların keyfiyyətli məhsullarıdır. Eynəklərin təmir olunması zəmanətə daxildir və pulsuz həyata keçirilir. Bizim eynəklərin şüşələri Almaniya və Fransa istehsalıdır ki, bunlar dünyada ən yaxşı eynək şüşələri sayılır. Qeyd edək ki, standartlara görə bu şüşələrin silindirik dəyəri ikiyə kimi olur. Bundan yuxarı zavod buraxmır. Olanda da sırf sifarişlə olur və hər hansı ehtiyacı olan müştəri üçün xüsusi hazırlanır.

Ağıllı texnika

Qeyd edək ki, şirkətimizin müştərilərin xidmətinə təqdim etdiyi optik cihaz Yaponiya istehsalı olan son model avadanlıqdır. Bütün texniki dəstək özəlliklərini özündə birləşdirən bu aparatda əl dəymədən, sıfırdan sona qədər (kəsmə, yonma v s.) bütün işlər həyata keçirilir. Tam avtomatlaşdırılmış şəkildə iş görülür. Bu cihaz özlüyündə kiçik bir zavod hesab olunur. Bəzi optik mağazalardan fərqli olaraq AVİS Optikada şüşələrin əllə hazırlanması yoxdur. Çünki əl ilə hazırlanmada əyilmə problemi ilə üz-üzə qalınır.
AVİS Optikada bütün optik məhsullar dəqiq hazırlanır. Müştərilərin istəyinə uyğun olaraq, istənilən zaman eynəklərin hazırlanma qaydasına baxmağa şərait yaradılır.

Facebook: https://www.facebook.com/avisoptik