
Amoksiklav 1000 mq N14 tablet
1 tabletin tərkibində 875 mq amoksisillin, 125 mq klavulan turşusu vardır. Aşağıdakı infeksiyaların müalicəsi üçün göstərişdir: kəskin bakterial sinusit, kəskin orta otit, xroniki bronxitin kəskinləşməsi, xəstəxanadankənar pnevmoniya, sistit, pielonefrit, dərinin və yumşaq toxumaların infeksiyaları, sümüklərin və oynaqların infeksiyaları.