
Elipa göz damcısı 10ml
1 ml məhlulun tərkibində 5 mq ketorolak trometamin vardır. Elipa,prostaqlandinlərin biosintezinin inhibə edilməsi lazım olan bütün iltihabi oftalmoloji hallarda istifadə edilir. Preparat eyni zamanda əməliyyatdaxili miozun inhibə edilməsində və iltihabın və kataraktanın əməliyyatından sonra makulanın kistoz ödeminin qarşısının alınmasında istifadə edilir. Preparat, həmçinin mövsümi allergik konyunktivit daxil olmaqla allergik konyunktivitin simptomatik müalicəsində təyin edilir.