
Embrion-1000 BV inyeksiya məhlulu hazırlamaq üçün liofilizə olunmuş toz
1 flakonda 1000 BV xorionik qonadotropin vardır. Anovulyasiya və ya folikulların yetişməsinin pozulması nəticəsində subfertil qadınlarda ovulyasiyanın induksiyası. Yumurtalıqların hiperstimullaşmasına nəzarət proqramlarında folikulların punksiyaya hazırlığı. Kişilərdə hipoqonadotrop hipoqonadizm. Hipofizin qonadotrop funksiyasının çatışmazlığı nəticəsində cinsi yetişkənliyin ləngiməsi.