Esthederm No Sun Protectiv Care SPF50 krem 50 ml
Yüksək gündən qoruyucu təsirə malik, 100% mineral filterərdən ibarət UVA, UVB spektrlərindən və foto qocalmadan müdafiə kremi. Dermatoloji dəri problemləri, kosmetoloji prosedurlar, çox həssas dəriyə sahib şəxslər üçün nəzərdə tutulmuşdur. Mineral filterlər həssas qıcıqlanmış dəri tələbatına uyğundur, dərinin təbii immunitetini yüksəldir. Günəşə çıxmazdan 20 dəq öncə üz və boyun nahiyyəsinə tətbiq edin. Hər 1 saatdan və su ilə təmasdan sonra yeniləyin. Fransa istehsalıdır.