
Euroksim 100 mq/5 ml suspenziya hazırlamaq üçün toz
5 ml suspenziyanın tərkibində 100 mq sefiksim vardır. Euroksim aşağıdakı infeksiyaların müalicəsi üçün istifadə olunur: - Streptococcus pyogenes tərəfindən törədilən faringit, tonzillit. - Penisillinə həssas Streptococcus pneumoniae, Haemophilus influenzae, Streptococcus pyogenes tərəfindən törədilən kəskin orta otit. - Sinusit, kəskin bronxit. - Sidik yollarında Escherchia coli, Proteus mirabilis və Klebsiella species tərəfindən törədilən kəskin fəsadlaşmış sistit və uretrit.