
Flosteron inyeksiya üçün suspenziya 7 mq 1ml N5
1 ml suspenziyanın tərkibində 7 mg betametazon vardır. İstifadəsinə göstərişlər: revmatoid artriti, osteoartroz, bursitlər, qanqlioz kista və fassiit də daxil olmaqla, sümük-əzələ və yumşaq toxuma xəstəlikləri; bronxial astma, mövsümi qızdırma, allergik bronxit, mövsümi və ya ilboyu rinit, atopik dermatit, kontakt dermatit, övrə, psoriaz, keloid çapıqlar, sistem qırmızı qurdeşənəyi, sklerodermiya, dermatomiozit, düyünlü periarteriit də daxil olmaqla, birləşdirici toxumanın sistem xəstəlikləri.