
Flumidia 10 ml göz damcısı
1 ml suspenziyanın tərkibində 1 mq mikronizəedilmiş flüorometalon (1 mq/ml) və 0,25 mq tetrahidrozolin hidroxlorid vardır. İstifadəsinə göstərişlər: - Qeyri-infeksion, kəskin və allergik konyunktivit və keratit (əsasən ifadəli ödemlə və yüksək hiperemiya ilə). - Gözün ön seqmentinin qeyri-infeksion iltihabı (ön uveit, episklerit və sklerit daxil olmaqla). - Çəpgözlük, katarakta və ya qlaukomoya görə aparılmış cərrahi müdaxilələrdən sonrakı vəziyyətlər, əlavə antimikrob müalicə ilə birlikdə.