Gehwol Gerlasan əl kremi 75 ml
Bu krem əl dərisi üçün ideal qoruyucu məhsuldur. Tapioka (tropik bitki) tozu sayəsində krem dərini nəmləndirir, mümkün infeksiyalardan qoruyur. Qidalandırıcı kimi pantenol və jojoba yağı var. Xüsusilə əllərini tez-tez yumaq məcburiyyətində olanlar məsələn: həkimlər, kosmetoloqlar, manikür və pedikür ustaları, diabet xəstələri üçün tövsiyə olunur. Krem yağlı deyil və dəri tərəfindən dərhal sovrulur. Daha təsirli olması üçün dırnaqların ətrafına və barmaqların arasına da çəkmək olar.