Herba Flora Evkalipt yarpağı 40 qr
Difteriya və dizenteriya törədicilərinə, qarın yatalağı çöplərinə və streptokoklara qarşı aktivdir. Yuxarı tənəffüs yollarının xəstəliklərində gündə bir neçə dəfə inhalyasiya şəklində tətbiq edilir. Bundan başqa yarpağın bişirməsi yerli dezinfeksiyaedici təsir göstərdiyinə görə angina və katarlar zamanı qarqara şəklində, ginekoloji və dərinin irinli xəstəliklərində, irinli mastitlərdə, yanıqlarda şırınqa və islatma şəklində təyin edilir.