İzikol Beybi 15 ml damla
Laktaza bağırsaqda sintez olunan ferment olub, laktozanın hidrolizi prosesində fundamental rol oynayır. Bu ferment laktozanı iki komponentə (qlükoza və qalaktozaya)parçalayaraq orqanizm tərəfindən mənimsənilməsini təmin edir. İzikol beybi südə təsir göstərən laktaza fermenti tərkibli qida əlavəsidir. İzikol beybi həyatın ilk aylarında laktozanın həzmini yaxşılaşdırmaq üçün, laktaza fermentinin müvəqqəti defisitini kompensasiya etmək üçün ana südü ilə və ya süd qatışıqları ilə istifadə edilir.