
Ketosid 25 mq/8 mq N14 tablet
1 tabletin tərkibində 25 mq deksketoprofen, 8 mq tiokolxikozid vardır. Osteoartrit; kəskin və ya xroniki revmatizm, o cümlədən revmatoid artrit, oynaqdankənar revmatizm, ankilozlaşan spondilit; travmatik və ya degenerativ xəstəliklər nəticəsində yaranan oynaqların və onurğanın, vətərlərin, bağların və əzələlərin ağrılı iltihabi vəziyyətləri, post-travmatik və əməliyyat sonrası ağrı zamanı göstərişdir.