
Metforiks 1000 mq N100 tablet
1 tabletin tərkibində 1000 mq metformin hidroxlorid var. 2-ci tip şəkərli diabetin müalicəsi . Böyüklərdə, monoterapiya şəklində və ya şəkər xəstəliyinin kompleks müalicəsində digər dərman vasitələri ilə birlikdə. Orqanizmdə qlükozanın normal səviyyəsinin saxlanılması mümkün olmadıqda, ən azı bir risk faktoru olan prediyabetik şəxslərdə 2-ci tip şəkərli diabetin müalicəsi zamanı istifadə olunur.