
Ornasid 1q əzələdaxili inyeksiya məhlulu hazırlamaq üçün toz və həlledici
1 flakonda 1q seftriakson vardır; həlledici: 1%-li lidokain hidroxlorid. İstifadəsinə göstərişlər: kəskin orta otit. Aşağı tənəffüs sistemi orqanlarının infeksion-iltihabi xəstəlikləri, sidikçıxarıcı yolların ağırlaşmamış infeksion-iltihabi xəstəlikləri, süzənək, abdominal infeksiyalar, dəri və yumşaq toxumanın ağırlaşmış infeksion-iltihabi xəstəlikləri, dayaq hərəkət sisteminin infeksion-iltihabi xəstəlikləri, sinir sistemi orqanlarının infeksion iltihabi xəstəlikləri: bakterial meningit.