Proginat 200 ml sirop
Natrium alginat, Natrium bikarbonat, Kalsium karbonat. Mədəyə düşdükdə mədə turşusu ilə reaksiyaya girərək xüsusi geləbənzər maddə yaranır, bu da mədədə artmış olan turşuluğu neytrallaşdırır. Mədənin selikli qişasının baryer funksiyasını qoruyaraq patogen mikroorqanizmlərin yaraya təmas etməsinin qarşısını alır. Mədə turşusu və ödün qida borusuna doğru reflüksu nəticəsində yaranan ağrıları aradan qaldırır. Hətta qida borusu və mədədə baş verən diskomfortu 3-4 dəqiqə ərzində tam aradan qalxır.