
Tears Naturale-2 1/3 mg 15 ml damla
Dekstran 1mg, Hidromelaza 3 mg. Gözyaşının tərkibində olan lazımi miqdarda təbii komponentlər birləşdikdə gözün səthində gözyaşı pərdəsi adlanan qoruyucu təbəqə əmələ gətirir. Gözyaşı pərdəsi gözləri qorumaqla və nəmləndirməklə onların sağlam qalmasına yardım edir. Sərt və ya yumşaq kontakt linzaların istifadəsi, gözə diaqnostik müdaxilələr zamanı mexaniki gərginlik, uzun müddət kompüterə baxmaq, soyuq və quru hava və ya havanın çirklənməsindən gözdə yaranan narahatlılıq zamanı effektlidir.