Support Line : +994503023010
Menu
Account
Forgot password?
REGISTER
Cart

ASIKLOVIR 200MG N20 VIETNAM

Product Code : 111-29823
İstehsalçı ölkə: Ruminiya
1.00 AZN
Show More Endocrine System
Like

Out Of Stock

Notify me when its in stock
Add to List Recommend It Comment Price Alert

ASİKLOVİR-AKOS, tabletlər

ASİKLOVİR-AKOS tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 200 mq asiklovir (susuz maddə hesabı ilə) vardır.

İstifadəsinə göstərişlər

− Birincili və residivləşən genital (cinsiyyət orqanları) herpes də daxil olmaqla, sadə herpes virusunun törətdiyi dəri və selikli qişalar infeksiyalarının müalicəsi; − normal immun statusa malik olan pasiyentlərdə sadə herpes virusunun törətdiyi infeksiyaların residivlərinin profilaktikası; − immunçatışmazlığı qeyd olunan pasiyentlərdə sadə herpes virusunun törətdiyi infeksiyaların profilaktikası; − suçiçəyi və kəmərləyici herpes infeksiyalarının müalicəsi (asiklovirin istifadəsi ilə kəmərləyici herpes infeksiyasının müalicəsi, analgeziyaedici (ağrıkəsici) effektin meydana çıxmasına səbəb olur və bu, postherpetik nevralgiyanın baş vermə tezliyinin aşağı düşməsinə gətirib çıxara bilər).

Əks göstərişlər

− Asiklovirə və ya valasiklovirə və ya preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq; − 3 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü Asiklovirin müxtəlif dərman formalarından istifadə edən qadınlarda asiklovirin istifadəsi ilə aparılan hamiləlik dövrünün nəticələri barədə məlumatlar, hamiləliklərin qeydiyyatdan sonrakı reyestrində toplanmışdır. Reyestr məlumatlarının analizi aparıldıqda, ümumi populyasiya ilə müqayisədə, hamiləlik dövründə asiklovirdən istifadə edən anaların dünyaya gətirdikləri yenidoğulmuş körpələrdə anadangəlmə qüsurların sayının artması müşahidə olunmamışdır. Aşkar olunan anadangəlmə qüsurlar, onların meydana çıxmasının ümumi səbəbini ehtimal etməyə imkan verən oxşarlıqla və ya qanunauyğunluqla fərqlənməmişdir. Bununla belə, hamiləlik dövründə qadınlara Asiklovir -AKOS preparatını təyin etdikdə, ehtiyat tədbirlərinə riayət etmək və ana üçün ehtimal edilən faydanı və döl üçün mümkün riski qiymətləndirmək lazımdır.

Laktasiya dövrü Asiklovir-AKOS preparatını sutkada 5 dəfə 200 mq dozada daxilə istifadə etdikdən sonra, qan plazmasında asiklovirin qeyd olunan konsentrasiyasının 60 %-dən 410%-nə qədər konsentrasiyası, ana südündə aşkar olunur. Ana südündə göstərilən konsentrasiyalar qeyd olunduqda, ana südü ilə qidalanan körpələr, asikloviri 0,3 mq/kq/sutkada dozada qəbul edə bilərlər. Bunu nəzərə alaraq, körpələrini ana südü ilə qidalandıran qadınlara preparatı ehtiyatla təyin etmək lazımdır. Fertilliyi Asiklovirin qadın fertilliyinə təsiri barədə heç bir məlumat yoxdur.

Normal sper matozoid miqdarına malik 20 nəfər kişi cins indən olan pasiyentin iştirakı ilə aparılan tədqiqatda müəyyən edilmişdir ki, asiklovirin sutkada 1 qrama qədər dozada 6 ay müddətində daxilə istifadəsi, spermatozoidlərin miqdarına, hərəkətliliyinə və ya morfologiyasına klinik əhəmiyyətli təsir göstərmir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Asiklovirin nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirinin öyrənilməsi istiqamətində heç bir tədqiqat aparılmamışdır. Preparatın təsiredici maddəsinin farmakoloji xüsusiyyətlərinə əsaslanaraq, asiklovirin göstərilən fəaliyyət növlərinə neqativ təsirini proqnozlaşdırmaq mümkün deyil; bununla belə, asiklovirin əlavə təsirlər profilinin nəzərə alınması tələb olunur.

ASİKLOVİR-AKOS istifadə qaydası və dozası

Qida qəbulu preparatın absorbsiyasını əhəmiyyətli dərəcədə pozmur və bunu nəzərə alaraq, Asiklovir-AKOS preparatının tabletlərini yemək zamanı istifadə etmək olar. Tabletləri 1 dolu stəkan su ilə birlikdə qəbul etmək lazımdır. Böyüklərdə istifadəsi Sadə herpes virusunun törətdiyi infeksiyaların müalicəsi Sadə herpes virusunun törətdiyi infeksiyaların müalicəsi üçün, preparatın tövsiyə olunan dozası sutkada 5 dəfə (gecə yuxusu dövrü istisna olmaqla, hər 4 saatdan bir) 200 mq təşkil edir. Müalicə kursu 5 gün davam etdirilir, lakin, ağır dərəcəli birincili infeksiyalar zamanı, müalicə kursunun müddətini uzatmaq olar.

Ağır dərəcəli immunçatışmazlığı qeyd olunduqda (məsələn, sümük iliyinin transplantasiyasından sonra) və ya bağırsaqdan sorulma prosesi pozulduğu hallarda, preparatın dozasının 400 mq-a qədər artırılması mümkündür. Alternativ vasitə kimi, asiklovirin digər dərman formasının, məsələn, infuziya üçün məhlul hazırlamaq üçün liofilizatın istifadəsi imkanını nəzərdən keçirmək olar. İnfeksiya meydana çıxdıqdan sonra, müalicəni mümkün qədər tez başlamaq lazımdır; residivlər müşahidə olunduğu hallarda, preparatı artıq prodromal dövrdə və ya ilk səpgi elementləri meydana çıxdıqda, təyin etmək tövsiyə olunur. Normal immun statusa malik olan pasiyentlərdə sadə herpes virusunun törətdiyi infeksiyaların residivlərinin profilaktikası Normal immun statusa malik olan pasiyentlərdə, sadə herpes virusunun törətdiyi infeksiyaların residivlərinin profilaktikası üçün, preparatın tövsiyə olunan dozası sutkada 4 dəfə (hər 6 saatdan bir) 200 mq təşkil edir.

Pasiyentlərin əksəriyyəti üçün daha rahat müalicə sxeminin istifadəsi uyğundur – sutkada 2 dəfə (hər 12 saatdan bir) 400 mq. Bir sıra hallarda, preparatın daha aşağı dozaları effektiv ola bilər, məsələn, sutkada 3 dəfə (hər 8 saatdan bir) 200 mq və ya sutkada 2 dəfə (hər 12 saatdan bir) 200 mq. Bəzi pasiyentlərdə 800 mq təşkil edən ümumi sutkalıq dozadan istifadə etdikdə, infeksiyanın kəskinləşməsi müşahidə oluna bilər. Xəstəliyin gedişində ehtimal edilən dəyişiklikləri vaxtında aşkar etmək məqsədi ilə, preparatın istifadəsi ilə müalicəni vaxtaşırı 6-12 ay ərzində dayandırmaq lazımdır.

İmmunçatışmazlığı qeyd olunan pasiyentlərdə sadə herpes virusunun törətdiyi infeksiyaların profilaktikası İmmunçatışmazlığı qeyd olunan pasiyentlərdə, sadə herpes virusunun törətdiyi infeksiyaların profilaktikası üçün, preparatın tövsiyə olunan dozası sutkada 4 dəfə (hər 6 saatdan bir) 200 mq təşkil edir. Ağır dərəcəli immunçatışmazlığı qeyd olunduqda (məsələn, sümük iliyinin transplantasiyasından sonra) və ya bağırsaqdan sorulma prosesi pozulduğu hallarda, preparatın dozasının 400 mq-a qədər artırılması mümkündür. Alternativ vasitə kimi, asiklovirin digər dərman formasının, məsələn, infuziya üçün məhlul hazırlamaq üçün liofilizatın istifadəsi imkanını nəzərdən keçirmək olar. Müalicənin profilaktik kursunun davametmə müddəti, infeksiyaya yoluxma riski mövcud olan dövrün müddəti ilə müəyyən olunur.

Suçiçəyi və kəmərləyici herpes infeksiyalarının müalicəsi Suçiçəyi və kəmərləyici herpes infeksiyalarının müalicəsi üçün, preparatın tövsiyə olunan dozası sutkada 5 dəfə (gecə yuxusu dövrü istisna olmaqla, hər 4 saatdan bir) 800 mq təşkil edir. Müalicə kursu 7 gün davam etdirilir. Ağır dərəcəli immunçatışmazlığı qeyd olunan pasiyentlərdə (məsələn, sümük iliyinin transplantasiyasından sonra) və ya bağırsaqdan sorulma prosesi pozulduğu hallarda, asiklovirin digər dərman formasının, məsələn, infuziya üçün məhlul hazırlamaq üçün liofilizatın istifadəsi imkanını nəzərdən keçirmək tələb olunur. İnfeksiya meydana çıxdıqdan sonra, preparatı mümkün qədər tez təyin etmək lazımdır, çünki, bu halda, müalicə daha effektivdir.

Xüsusi pasiyent qrupları Yaşı 3 və daha yuxarı olan uşaqlar Sadə herpes virusunun törətdiyi infeksiyaların müalicəsi; immunçatışmazlığı qeyd olunan pasiyentlərdə sadə herpes virusunun törətdiyi infeksiyaların profilaktikası Yaşı 3 və daha yuxarı olan uşaqlara böyüklərə təyin olunan dozalardan istifadə olunur. Suçiçəyi infeksiyasının müalicəsi - yaşı 6 və daha yuxarı olan uşaqlara – sutkada 4 dəfə 800 mq; - 3 yaşdan 6 yaşa qədər uşaqlara – sutkada 4 dəfə 400 mq. Preparatın daha dəqiq dozasını, sutkada 4 dəfə 20 mq/kq bədən kütləsi hesabı ilə (lakin, 800 mqdan artıq olmamaq şərti ilə) müəyyən etmək olar. Müalicə kursu 5 gün davam etdirilir.

Normal immun statusa malik pasiyentlərdə sadə herpes virusunun törətdiyi infeksiyaların residivlərinin profilaktikası: kəmərləyici herpesin müalicəsi Preparatın dozalanma rejimi barədə heç bir məlumat yoxdur. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə böyrək çatışmazlığının mövcudluğu ehtimalını nəzərə almaq və dozaları, böyrək çatışmazlığının dərəcəsinə müvafiq, korreksiya etmək tələb olunur (“Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər” hissəsinə bax). Adekvat su balansının dəstəklənməsi təmin edilməlidir. Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərə preparatı təyin etdikdə, ehtiyat tədbirlərinə riayət etmək tələb olunur.

Adekvat su balansının dəstəklənməsi təmin edilməlidir. Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə sadə herpes virusunun törətdiyi infeksiyaların müalicəsi və profilaktikası məqsədi ilə tövsiyə olunan dozalarda asiklovirin daxilə qəbul edilməsi, preparatın müəyyən edilmiş təhlükəsiz səviyyələrindən yüksək konsentrasiyalara qədər kumulyasiyasına (toplanmasına) gətirib çıxarmır. Lakin, kreatinin klirensi 10 ml/dəqiqədə göstəricidən aşağı olan pasiyentlərdə preparatın dozasını sutkada 2 dəfə (hər 12 saatdan bir) 200 mq-a qədər aşağı salmaq tövsiyə olunur. Siçiçəyi və kəmərləyici herpes infeksiyalarının müalicəsi üçün preparatın tövsiyə olunan dozaları aşağıda göstərilmişdir: - kreatinin klirensi 10 ml/dəqiqədə göstəricidən aşağı olduqda – sutkada 2 dəfə (hər 12 saatdan bir) 800 mq; - kreatinin klirensi 10-25 ml/dəqiqədə olduqda – sutkada 3 dəfə (hər 8 saatdan bir) 800 mq.

Prepared by  T-Soft E-Commerce.