Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq domperidona ekvivalent olan 12,72 mq domperidon maleat vardır.
Aşağıdakı hallarda domperidonun qəbulu əks-göstərişdir:
Preparatın təsiredici maddəsinə, köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq;
Hipofizin prolaktin-sekresiyaedici şişi (prolaktinoma);
Mədə motorikasının stimullaşdırılmasının zərərli ola biləcəyi hallar: mədə-bağırsaq qanaxması, mexaniki obstruksiya və ya perforasiya.
Orta və ağır dərəcəli qaraciyər çatışmazlığı
Ürəyin ötürücü sisteminin intervallarının, xüsusilə də, QT-intervalının uzanmasının mövcud olduğu pasiyentlərdə, elektrolit balansı əhəmiyyətli dərəcədə pozulmuş və ya birincili ürək xəstəlikləri, məsələn, durğunluq ürək çatışmazlığı olan pasiyentlərdə;
Apomorfin istisna olmaqla, QT-intervalını uzadan dərmanlarla birlikdə qəbul edilməsi;
CYP3A4 fermentinin güclü inhibitorları ilə birlikdə qəbul edilməsi (onların QT-intervalını uzadıcı
təsirlərindən asılı olmayaraq);
Qanda kalium və ya maqneziumun aşağı olması, yüksək miqdarda kaliumun olması kimi bir probleminiz varsa
Hamiləlik zamanı domperidonun istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Hamiləlik zamanı domperidon ancaq o halda istifadə edilə bilər ki, gözlənilən faydası potensial klinik risklərindən yüksək olsun.
Laktasiya dövrü
Domperidon az miqdarda ana südündə aşkar edilmişdir. Ana südü ilə qidalandırmanın
dayandırılması/Asperidonla terapiyanın kəsilməsi qərarını verən zaman uşaq üçün ana südü qidalanmanın və anaya preparatın qəbulunun faydasını nəzərə almaq lazımdır. Ana südü ilə qidalandırılan körpələrdə QT- inter-valının uzanması ilə əlaqədar olan risk amilləri yarandıqda ehtiyatlı olmaq lazımdır. Bu dərmanı qəbul etməzdən əvvəl həkiminizdən məsləhət alın.
Domperidon ürəkbulanma və qusmanın aradan qaldırılması üçün tələb olunan ən aşağı dozada ən qısa müddətdə istifadə edilməlidir. Bir qayda olaraq, müalicənin maksimal müddəti bir həftədən artıq olmamalıdır.
Domperidon peroral yolla yeməkdən əvvəl qəbul edilməlidir. Yeməkdən sonra qəbul edildiyi halda, preparat bir qədər ləng sorulur.
Pasiyentlər hər bir dozanı təyin edilmiş vaxtda qəbul etməyə çalışmalıdırlar. Əgər təyin edilmiş dozanı qəbul etmək unudulmuşdursa, həmin doza buraxılmalı və preparat adi qrafik üzrə qəbul edilməlidir. Unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul edilməməlidir.
Dozalanması
Böyüklər və yeniyetmələr (12 yaşdan kiçik və çəkisi 35 kq-dan az olan uşaqlar üçün uyğun deyil): gündə 3 dəfəyədək 10 mq (1 tablet), gündəlik maksimal doza 30 mq-dır.