Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 örtüklü tabletin tərkibində 10 mq, 20 mq, 30 mq, 40 mq, 60 mq və 80 mq kalsium duzu şəklində atorvastatin vardır.
• Birincili hiperxolesterinemiya (heteroziqot ailəvi) və kombinəolunmuş (qarışıq) hiperlipidemiya (Fredriksona gö rə I Ia və I Ib tipləri) (pəhrizə əlavə olaraq, diyetoterapiya və di gər qeyri -farmakoloji müalicə üsulları kifayət dərəcədə effekt vermədikdə), ümumi xolesterin, Xs -ASLP, apolipoprotein B və tri qliseridlərin səviyyəsini azaltmaq məqsədilə, • dietoterapiyanın və digər hipolipidemik müalicə metodlarının kifayət dərəcədə effek t vermədiyi zaman homoziqot ailəvi hiperxolesterinemiya zamanı ümumi xolesterin və Xs-ASLP-ni azaltmaq məqsədilə. Ürək-damar xəstəliklərinin profilaktikası: - ürək-damar hadisələrinin yüksək riski olan pasiyentlərdə digər risk faktorlarının azaldılmasına yönəldilmiş tədbirlərə əlavə olaraq, əsas ürək-damar pozulmalarının profilaktikası üçün.
− Preparatın komponentlərindən istənilən birinə qarşı yüksək həssaslıq; − aktiv mərhələlərdə olan qaraciyər xəstəlikləri (o cümlədən aktiv xroniki hepatit, xroniki alkoqol hepatiti); − istənilən etiologiyalı qaraciyər sirrozu; − naməlum mənşəli “qaraciyər” transaminazalarının aktivliklərinin normanın yuxarı sərhədi ilə müqayisədə 3 dəfədən çox yüksəlməsi; − skelet əzələlərinin xəstəlikləri; − hamiləlik və laktasiya dövrü; − preparat uyğun kontrasepsiya metodlarından istifadə etməyən reproduktiv yaşda olan qadınlara təyin olunmur. − yaşın 18-dən az olması (effektivlik və təhlükəsizlik müəyyən edilməmişdir); − laktoza defisiti, laktozaya qarşı dözümsüzlük, qlükozanın -qalaktozanın malabsorbsiya sindromu; − virusəleyhinə preparatlarının qlekaprevirin/pibrentasvirin hepatit –in müalicəsində istifadəsi. Ehtiyatla: alkoqolizm, anamnezdə qaraciyər xəstəliklərinin olması.
Başgicəllənmənin inkişaf ehtimalı ilə əlaqədar olaraq, nəqliyyat vasitələrini və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər texniki qurğuları idarə edərkən ehtiyatlı olmaq lazımdır.
Atoris preparatının qəbuluna başlayana qədər xəstə qanda lipidlər in qatılığının azalmasını təmin edən pəhrizə keçirilməli və preparatla bütün terapiya ərzində on a əməl etmək lazımdır. Terapiyaya başlamazdan əvvəl piylənməsi olan xəstələrdə fiziki məşğələlər və bədən çəkisinin aşağı salınması, həmçinin əsas xəstəliyin te rapiyası ilə hiperxolesterinemiyaya nəzarət etməyə nail olmağa çalışmaq lazımdır. Müalicəyə 10 mq tövsiyə olunan başlanğıc doza ilə başlanılır. Preparat qida qəbulundan asılı olmayaraq daxilə qəbul edilir.
Preparatın dozası gündə 1 dəfə 10 mq -dan 80 mq -a dəyişir və Xs -ASLP-nin ilkin qatılığı, terapiyanın məqsədləri və fərdi terapevtik effekt nəzərə alınmaqla seçilir. Terapevtik effekt iki həftə müalicədən sonra qeyd edilir, maksimal effekt isə 4 həftədən sonra inkişaf edir. Buna görə də dozanı preparatın ə vvəlki dozada qəbuluna başlayandan 4 həftə sonradan tez olmayaraq dəyişmək məsləhət görülmür. Terapiyanın əvvəlində və/ və ya dozanın artırılması zamanı hər 2 -4 həftədən bir qan plazmasında lipidlərin qatılığını yoxlamaq və müvafiq qaydada dozada düzəlişlə r etmək lazımdır.
Birincili (heteroziqot irsi və poligen) hiperxolesterinemiya (I Ia tipi) və qar ışıq hiperlipidemiya (I Ib tipi) Müalicəyə tövsiyə edilən başlanğıc doza ilə başlanılır və xəstənin reaksiyasından asılı olaraq 4 həftədən sonra artırılır. Maksimal gündəlik doza 80 mq təşkil edir. Homoziqot irsi hiperxolesterinemiya Dozaların diapazonu, hiperlipidemiyanın digər tipləri zamanı olduğu kimidir. Başlanğıc doza xəstəliyin meydana çıxma dərəcəsindən asılı olaraq fərdi qaydada seçilir.
Homoziqot irsi hi perxolesterinemiyalı xəstələrin əksəriyyətində optimal effekt preparatı 80 mq dozada (birdəfəyə) qəbul etdikdə müşahidə edilir. Atoris preparatı digər müalicə metodlarına (plazmaferez) əlavə terapiya kimi və ya digər metodlar vasitəsilə terapiya mümkün olmadıqda əsas müalicə kimi istifadə edilir. Yaşlı xəstələrdə və böyrək xəstəliklərindən əziyyət ç əkən xəstələrdə Atoris preparatının dozasını dəyişməyə ehtiyac yoxdur. Böyrək funksiyalarının pozulması qan plazmasında atorvastatinin qatılığına və ya atorvast atinin qəbulu zamanı ASLP -Xs-nin qatılığının azalma dərəcəsinə təsir göstərmir, buna görə də dozanın dəyişdirilməsi tələb olunmur.
Qaraciyər funksiyaları pozulmuş xəstələrdə ehtiyyatlı olmaq lazımdır (preparatın orqanizmdən çıxmasının yavaşıması ilə əlaqəd ar olaraq). Bu cür hallarda klinik və laborator göstəriciləri diqqətlə yoxlamaq lazımdır (aspart ataminotransferazanın (AST) və alaninaminotransferazanın (ALT) aktivliklərinin müntəzəm şəkildə yoxlanması). „Qaraciyər“transaminazaları əhəmiyyətli dərəcədə y üksəldikdə Atoris preparatının dozası azaldılmalı və ya müalicə dayandırılmalıdır. Digər dərman vasitələri ilə kombinasiyada istifadəsi Siklosporinlə birlikdə qəbul edilməsi lazım gəldikdə Atoris preparatının gündəlik dozası 10 mq-dan yüksək olmamalıdır.
Atorvastatinin hep atit C müalicəsində istifadə edilən bəzi virusəleyhinə preparatlarla - elbasvir/qrazoprevirlə və ya letermovirlə birgə qəbul edərkən, atorvastatinin gündəlik dozası 20 mq-dan artıq olmamalıdır (bax: Xüsusi göstərişlər və ehtiyat tədbirləri və Digər dərm an vasitələri ilə qarşılıqlı təsiri)