Sevimlilərə əlavə edin
Paylaşın

Bagoblok 3 Mq N6 Ampul

Məhsul Kodu : 111-21162
İstehsalçı ölkə : Argentina
0 Şərh Şərh
KolleksiyaQiymət Xəbərdarlığı

BAQOBLOK, inyeksiya üçün məhlul.

Baqoblok tərkibi 

Təsiredici maddələr:1 ampulda 2 mq betametazon (betametazon natrium fosfat şəklində), 75 mq natrium diklofenak, 10 mq hidroksokobalamin (hidroksokobalamin sulfat şəklində) vardır. Köməkçi maddələr: benzil spirti, propilenqlikol, natrium bisulfat/bisulfat, inyeksiya üçün su.

İstifadəsinə göstərişlər:

 İntensiv iltihabi və xüsusilə nevrit komponentli ağrılı proseslər. Revmatik mənşəli oynaq və qeyri-oynaq xəstəlikləri. Fibrozit. Mialgiya. Bel ağrısı. İşiaz. Travmalar. Bağların dartılması.

Əks göstərişlər:

 Preparatın komponentlərindən hər hansı birinə qarşı allergik reaksiyanın olması. Aktiv qastroduodenal xora. Kəskin qaraciyər xəstəlikləri və / və ya kəskin böyrək çatışmazlığı. Dekompensəolunmuş ürək çatışmazlığı. Kəskin hipertenziya. Anamnezində asetilsalisil turşusu və ya digər QSİƏP qəbulu ilə bağlı kəskin astma tutmaları, rinit və ya övrə qeyd olan astmatik xəstələr, aktiv vərəm, sistem mikoz. Virus xəstəlikləri. Kəskin qlomerulonefrti. Kəskin psixoz. Osteoporoz, qaraciyər porfiriyası. Hamiləlik, döşlə qidalandırma, yaşı 12-dən az olan uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Diklofenakdan istifadə etməklə siçanlar üzərində aparılan tədqiqatlarda onun anaya, dölə toksiki təsiri, eləcə də teratogen təsiri aşkar olunmamışdır. Diklofenakın siçan və siçovullarda plasentar baryerdən keçməsi müəyyən edilmişdir. Heyvanlar üzərində aparılan reproduktiv tədqiqatların nəticələri heç də həmişə insanlarda eyni olmur. Preparatın hamilələrdə istifadəsi əks göstərişdir. Doğuş Diklofenakın hamilə qadınların doğuş aktına təsiri məlum deyildir. Digər QSİƏP-in təsirini əsas tutaraq onu demək mümkündür ki, Diklofenak uşaqlıq əzələlərinin yığılmasını tormozlaya və bununlada doğuşu ləngidə bilər. Laktasiya dövrü Südəmər uşaqlarda yanaşı təsirlər törədə biləcəyini nəzərə alaraq ana bu preparatın qəbulunu dayandırmalıdır.

Baqoblok istifadə qaydası, dozası

 Doza xəstənin klinik vəziyyətindən asılı olaraq fərdi qaydada seçilir. Məsləhət görülən orta doza aşağıdakı kimidir: Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda Gündə 1 ampul, əzələ daxilinə. 2 gündən artıq istifadə edilməməlidir. Maksimal doza: hər 12 saatdan bir 1 flakon dərinə əzələdaxili inyeksiya, maksimum 2 gün. Yeridilmə metodikası İnyeksiya yerində diskomfort riskini minimuma endirmək və ya əlavə təsirləri azaltmaq üçün inyeksiya ehtiyatla aşağıdakı qaydalara əməl etməklə həyata keçirilməlidir:

 • İnyeksiya yerini diqqətlə təmizləmək;

 • Dərmandan istifadə müddətində təmizliyi saxlamaq;

 • Mümkün qədər dərinə yeritmək;

 • Yavaş-yavaş yeritmək;

 • Məhlulun sorulmasını artırmaq məqsədilə inyeksiya yerini yüngülcə masaj etmək. Steril maddədir. Tibbi mütəxəssis tərəfindən inyeksiya olunmalıdır.

 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-21162

Oxşar Məhsullar

Aertal 100 Mq N20 Tablet
7,61 AZN -%0
7,61AZN
Aksen Fort 550 Mg N10 Tb
4,00 AZN -%0
4,00AZN
Algikey 3% 1 ml N6 Ampula
8,34 AZN -%0
8,34AZN
ALGOFF 50GR KREM
11,40 AZN -%0
11,40AZN
Alka-Zeltser N10 Fışıldayan Tb
7,00 AZN -%0
7,00AZN
Analgin 500 Mg N20 Tb
1,70 AZN -%0
1,70AZN
Analgin 500 Mq N10 Tablet
0,46 AZN -%0
0,46AZN
Analgin 500MG 2 ml N10 Amp (Belarus)
2,59 AZN -%0
2,59AZN
Analgin 500MG 2 ml N10 Amp Rus
2,59 AZN -%0
2,59AZN
ANALGIN 500MG 2ML N10 AMP (KANADA)
2,50 AZN -%0
2,50AZN
Anbeni Forte 3 ml N6 Ampul
52,38 AZN -%0
52,38AZN
Arfen 250 Mg N10 Şam
5,76 AZN -%0
5,76AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce