Линия поддержки клиентов : +994503023010
Меню
Мой счет
Я забыл свой пароль
регистр
моя тележка

Baralgin 2.5/5 ml N5 ampul

Код продукта : 111-00835
İstehsalçı ölkə: Hindistan
нравиться

Распроданный

Дайте мне знать, когда он прибудет
Добавить в список Рекомендовать Комментарий Оповещение о цене

BARALGİN М, venadaxili və əzələdaxili yeridilmə üçün məhlul

Baralgin M tərkibi

 Təsiredici maddə: 1 mı məhlulun tərkibində 500 mq natrium metamizol vardır. Köməkçi maddə:   inyeksiya üçün su.

İstifadəsinə göstərişlər:

 Travmalar zamanı və əməliyyatdan sonrakı dövrdə, sancılar zamanı, onkoloji xəstəliklər və digər terapevtik müalicə üsulları əks göstəriş olduğudigər vəziyyətlər zamanı ağır kəskin və ya xroniki ağrı sindromu.  Digər müalicə üsullarına qarşı dayanıqlı olan yüksək hərarət.

Əks göstərişlər:

 Natrium metamizola və digər köməkçi maddələrə, həmçinin digər pirazolonlara (fenazon, propifenazon, izopropilaminofenazon) və ya pirazolidinlərə (fenilbutazon, oksifenbutazon) qarşı yüksək həssaslıq, məsələn, anamnezdə həmin preparatlardan birinin istifadəsi zamanı aqranulositozun inkişaf etdiyi hallar daxil olmaqla. Sümük iliyi hematopoezinin pozulması (məsələn, sitostatik preparatlar ilə müalicədən sonra) və ya hemopoetik sistemin xəstəlikləri. Anamnezdə salisilatlar, parasetamol, diklofenak, ibuprofen, indometasin, naproksen kimi ağrıkəsici preparatların istifadəsi zamanı bronxospazmın və ya digər anafilaktik reaksiyaların (övrə, rinit, angionevrotik ödem) inkişafına dair qeyd. Kəskin fasiləli qaraciyər porfiriyası (porfiriya kəskinləşmələrinin inkişafı riski). Arterial hipotenziya, qeyri-stabil hemodinamika. Anadangəlmə qlükozo-6-fosfat-dehidrogenaza çatışmazlığı (hemolizin inkişafı riski). Hamiləlik (birinci və üçüncü trimestr). Laktasiya dövrü. 3 aylığa qədər və ya 5 kq-dan aşağı bədən kütləsi olan uşaqlar (həmin qrup uşaqlarda preparatın istifadəsinə dair kifayət qədər elmi məlumatlar mövcud deyil). 3-12 aylıq uşaqlar (yalnız venadaxili yeridilmə üçün). Dövran edən qanın həcminin azalması, başlanğıc ürək çatışmazlığı, yüksək hərarət zamanı (arterial təzyiqin kəskin enməsinin yüksək riski).

Hamiləlik zamanı və laktasiya dövründə istifadəsi:

 Hamiləlik Metamizolun dölə mənfi təsirinə dair məlumatlar mövcud deyil: sıçovullarda və dovşanlarda metamizol teratogen təsir göstərməmişdir, dölə toksiki təsiri yalnız ana orqanizmi üçün toksik olan yüksək dozaların istifadəsi zamanı müşahidə edilirdi. Buna baxmayaraq, Baralgin® M preparatının hamiləlik zamanı istifadəsinə dair klinik məlumatlar kifayət qədər deyil. Metamizol ciftdən keçir. Hamiləliyin birinci trimestrində Baralgin®M preparatının istifadəsi əks göstərişdir. Hamiləliyin ikinci trimestrində preparat ilə müalicə yalnız ana üçün ehtimal edilən fayda döl üçün potensial riskdən üstün olduğu halda, ciddi tibbi göstərişlərə əsasən aparılmalıdır. Preparatın üçüncü trimestrdə istifadəsi, həmçinin, əks göstərişdir. Metamizolun prostaqlandinlər sintezinin zəif inhibitoru olduğuna baxmayaraq, ana və yenidoğulmuşda trombositlərin aqreqasiyasının pozulması ilə bağlı arterial (botal) axacağın vaxtından tez bağlanması və perinatal dövrdə fəsadların mümkünlüyü tam istisna oluna bilməz. Laktasiya dövrü Metamizolun metabolitləri ana südünə nüfuz edir. Baralgin®М preparatı ilə müalicə zamanı və preparatın sonuncu yeridilməsindən sonra 48 saat müddətində ana südü ilə qidalandırma əks göstərilmişdir.

Baralgin M istifadə qaydası, dozası

 Venadaxili, əzələdaxili (əzələyə dərin). Preparatın parenteral yeridilməsi yalnız onun daxilə qəbulu mümkün olmadığı halda göstərilib. Yeridilməzdən qabaq preparat bədən temperaturuna qədər isidilməlidir. Böyüklər və 15 yaşdan yuxarı uşaqlar: birdəfəli doza olaraq 1,0-2,0 ml (500-1000 mq) metamizol məhlulunun yeridilməsi (əzələdaxili və ya venadaxili) tövsiyə edilir. Maksimal birdəfəli doza 1000 mq (2 ml) təşkil edir. Maksimal gündəlik doza – 4 ml (2000 mq), bölünərək gündə 2-3 dəfə yeridilir 3-11 aylıq uşaqlar (bədən kütləsi 5-9 kq): preparat 10 kq bədən kütləsinə 50-100 mq dozada (0,1-0,2 ml 500mq/ml məhlulu) yalnız əzələdaxili yeridilir. Birdəfəli doza 2-3 dəfəyə yeridilə bilər.

 

Prepared by  T-Soft E-Commerce.