Линия поддержки клиентов : +994503023010
Меню
Мой счет
Я забыл свой пароль
регистр
моя тележка

Bikompleks 6 ml N10 flakon

Код продукта : 111-90461
İstehsalçı ölkə: Italiya
нравиться

Распроданный

Дайте мне знать, когда он прибудет
Добавить в список Рекомендовать Комментарий Оповещение о цене

Bikompleks, oral məhlul

Bikompleks, beynəlxalq patentləşdirilməmiş adı: yoxdur

Bikompleks tərkibi

Təsiredici maddələr: 1 flakonun içərisində olan həlledicinin tərkibində 10 mq nikotinamid, 6,1 mq riboflavin-5 natrium fosfat, 5 mq tiamin hidroxlorid; qapaq-rezervuarda 1 mq sianokobalamin (B12 vitamini), 0,5 mq kalsium folinat vardır.

İstifadəsinə göstərişlər

Toksik infeksion vəziyyətlərdə, hepatit ağırlaşmalarında, qaraciyərin funksional çatışmazlığı zamanı köməkçi dərman vasitəsi kimi.
Antibiotiklərlə müalicə və şişəleyhinə kimyaterapiya zamanı yaranan hipovitaminozlar.
Vitamin B12 və fol turşusunun çatışmazlığı nəticəsində yaranan anemiyalar.
Hamiləlik dövrü, doğuşdan sonra və laktasiya dövründə baş verən B12 və fol turşusunun çatışmazlığı nəticəsində yaranan anemiyalar.
Sağalma dövrü.
Pediatrik praktikada anemiya, iştahasızlıq və boy inkişafının geri qalmasında istifadə oluna bilər.

Əks göstərişlər

Preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadə oluna bilər.

Pediatriyada istifadəsi

Pediatrik praktikada anemiya, iştahasızlıq və boy inkişafının geri qalmasında istifadə oluna bilər. Dozalanma həkimin göstərişinə əsasən proporsional olaraq azaldılır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bikompleks yuxuya, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

Bikompleks istifadə qaydası

Böyüklərdə: gündə bir və ya iki şüşə flakonun möhtəviyyatı, həkimin göstərişi ilə.
Uşaqlarda: həkimin göstərişinə uyğun proporsional şəkildə azaldılmış dozada.

İstifadə üçün təlimat:
– Flakonun başlığını açın.
– Tıxacı basaraq qapaq-rezervuardakı tozun məhlula qarışmasına nail olun.
– Tozun tam həll olunması üçün bir neçə dəqiqə gözləyin.
– Məhlulu birbaşa və ya su və digər məhlullarla qarışdıraraq qəbul edin.

Prepared by  T-Soft E-Commerce.