Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 5 ml məhlulun tərkibində 1 q və ya 2 q levokarnitin vardır.
Böyüklərdə, uşaqlarda, körpələrdə və yenidoğulmuşlarda birincili və ikincili karnit in çatışmazlığının müalicəsində istifadə olunur. Hemodializ keçən xəstələrdə ikincili karnitin çatışmazlığı. Hemodializ keçən xəstələrdə aşağıdakı hallar zamanı ikincili karnitin çatışmazlığınə şübhə olur: 1. Dializ zamanı ağır və persistent əzələ qıcolmaları və/və ya hipotenziya halları.
2. Həyat keyfiyyətinə neqativ təsir göstərən halsızlıq. 3. Skelet əzələlərinin zəifliyi və ya miopatiya.
4. Kardiomiopatiya 5. Eritropoetin müalicəsinə cavab verməyən və ya daha yüksək dozalar tələb edən uremik anemiya. 6.
Qidalanmanın natamam olması ilə əlaqəli əzələ kütləsinin azalması.
Preparatın tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.
Preparatı istifadə etməzdən öncə hamilələr, hamiləliyi planlaşdıran qadınlar və ya preparatı istifadə edən müddət ərzində hamilə qalan qadınlar həkimlə məsləhətləşməlidirlər. Müalicə həkimi peparatın istifadəsinin başlanması və ya davam etdirilməsi barədə qərar verə bilər. Südverən analar preparatı qəbul etməzdən öncə həkimlə məsləhətləşməlidirlər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri məlum deyil.
Venadaxili yavaş yeridilməlidir (2-3 dəqiqə ərzində) Böyüklər, uşaqlar, körpələr və yenidoğulmuşlar Müalicəni qanda və sidikdə karnitin və asilkarnitin səviyyəsini müəyyən etməklə tənzimləmək məsləhətdir. İlkin karnitin çatışmazlığı Dozalanma metabolizmin pozğunluq səviyyəsindən və müalicə dövründəki vəziyyətdən asılıdır. Kəskin dekompensasiya zamanı məsləhət görülən doza hər kq bədən kütləsinə 100 mq təşkil edir. Bu dozanın istifadəsi gündə 3-4 dəfəyə bölünə bilər.
İkincili karnitin çatışmazlığı Preparatı istifadə etməzdən öncə plazmada karnitinin səviyyəsini yoxlamaq lazımdır. İkincili karnitin çatışmazlığı zamanı asilkarnitin/sərbəst karnitin nisbəti 0,4 -dən yüksək və/və ya sərbəst karnitin konsentrasiyası 20 μmol/l-dən aşağı olur. Hər dializ prosedu rundan (adətən həftədə 3 dəfə) sonra preparat hər kq bədən kütləsinə 20 mq olmaqla venaya yeridilir. İntravenoz müalicənin müddəti ən azı 3 ay olmalıdır.
Çünki əzələlərdə normal karnitin səviyyəsi üçün bu müddət tələb olunur. Müa licəyə ümumi cavabı dəyərləndirmək üçün plazmada asilkarnitin, karnitin səviyyələri yoxlanılmalı və pasiyentin vəziyyəti nəzərə alınmalıdır. Karnitin istifadəsi dayandırıldıqdan sonra karnitin səviyyəsi tədricən enməyə başla yır. Təkrari kursa ehtiyac pasiyentin vəziyyəti və vaxtaşırı karnit in səviyyəsinin yoxlanması nəticəsində müəyyən edilir.