Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml suspenziyanın tərkibində 10 mq brinzolamid, 5 mq timolol (timolol maleat şəklində) vardır.
Açıq-bucaqlı qlaukomadan və ya göz hipertenziyasından əziyyət çəkən böyüklərdə monoterapiyanın aparılması gözdaxili təzyiqin (GDT) kifayət qədər aşağı düşməsini təmin etmədiyi halda, GDT-in aşağı salınması üçün istifadə olunur.
- Təsiredici maddələrə və ya preparatın tərkibində olan istənilən köməkçi maddəyə qarşı hiperhəssaslıq; - digər β-adrenoblokatorlara qarşı hiperhəssaslıq; - sulfonamidlərə qarşı hiperhəssaslıq; - bronxial astma daxil olmaqla, tənəffüs yollarının reaktiv xəstəlikləri və ya anamnezdə bronxial astmanın mövcudluğu və həmçinin, ağciyərlərin ağır dərəcəli xroniki obstruktiv xəstəlikləri; - sinus bradikardiyası, sinus düyününün zəifliyi sindromu, sinoatrial blokada, kardiostimulyator nəzarəti olmayan ikinci və ya üçüncü dərəcəli atrioventrikulyar blokada, ağır dərəcəli ürək çatışmazlığı, kardiogen şok; - ağır dərəcəli allergik rinit; - hiperxloremik asidoz; - ağır dərəcəli böyrək çatışmazlığı.
Hamiləlik dövrü Oftalmologiyada hamilə qadınlarda brinzolamid və timolol kombinasiyasının istifadəsi barədə heç bir məlumat yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlarda brinzolamidi sistem şəkildə istifadə etdikdə, reproduktiv toksiklik aşkar edilmişdir. Mütləq zərurət yarandığı hallar istisna olmaqla, hamiləlik dövründə preparatı istifadə etmək olmaz. Preparatın sistem absorbsiyasının aşağı salınması üzrə tədbirlər “İstifadə qaydası və dozası” bölməsində göstərilmişdir.
Epidemioloji tədqiqatlarda malformativ effektlər aşkar olunmamışdır, lakin, β-adrenoblokatorları peroral istifadə etdikdə, dölün bətndaxili inkişafının ləngiməsi riski müşahidə olunur. Bundan əlavə, doğuşdan əvvəl β-adrenoblokatorlardan istifadə edən anaların dünyaya gətirdikləri yenidoğulmuşlarda β-adrenoblokatorlar üçün xarakterik əlamətlər və simptomlar (məsələn, bradikardiya, hipotenziya, respirator distress-sindrom və hipoqlikemiya) qeyd olunmuşdur. Britosopt preparatı doğuşa qədər istifadə olunduğu halda, həyatlarının ilk günlərində yenidoğulmuşların vəziyyətlərinə diqqətlə nəzarət etmək lazımdır. Laktasiya dövrü Oftalmologiyada yerli istifadə edildikdə, brinzolamidin və ya onun metabolitlərinin ana südü ilə xaric olub-olmaması məlum deyil.
Heyvanlar üzərində aparılan tədqiqatlar onu göstərir ki, peroral yolla istifadə edildikdən sonra, brinzolamid ana südünə nüfuz edir. β-adrenoblokatorlar ana südü ilə xaric olunurlar, lakin, terapevtik dozalarda göz damcısı şəklində istifadə edildikdə, yenidoğulmuş körpələrdə β-adrenoblokadanın klinik simptomlarının inkişaf etməsinə səbəb ola biləcək timololun ana südündə kifayət qədər miqdarda olması ehtimalı azdır. Preparatın sistem absorbsiyasının aşağı salınması üzrə tədbirlər “İstifadə qaydası və dozası” bölməsində göstərilmişdir. Bununla belə, yenidoğulmuşlar üçün riski istisna etmək olmaz.
Ana südü ilə qidalanmanın dayandırılması və ya Britosopt preparatının istifadəsinin dayandırlıması/istifadəsindən çəkinmək barədə qərar qəbul etdikdə, ana südünün uşaq üçün faydası və ana üçün müalicənin faydası nisbətini qiymətləndirmək lazımdır. Fertillik Tərkibində 10 mq/ml brinzolamid və 5 mq/ml timolol olan göz damcılarının insan fertilliyinə təsirinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılmamışdır. Preklinik məlumatlar, daxilə qəbul edildikdən sonra, kişilərin və ya qadınların fertilliyinə brinzolamidin və ya timololun heç bir təsirini aşkar etməmişdir. Ehtimal olunur ki, preparatın istifadəsi, kişilərin və ya qadınların fertilliyinə təsir göstərimir.
Britosopt preparatı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə əhəmiyyət kəsb etməyən dərəcədə təsir göstərir. Görmə aydınlığının müvəqqəti pozulması və görmə qabiliyyətinin digər pozğunluqları nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilərlər, bu səbəbdən, göstərilən əlavə təsirlər meydana çıxdıqda, pasiyentdə görmə qabiliyyəti bərpa olunmayana qədər nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etməyə başlaya bilməz. Karboanhidraza fermentinin inhibitorları zehni aktivlik və/və ya fiziki koordinasiya tələb edən fəaliyyətlə məşğul olmaq qabiliyyətini pisləşdirə bilərlər.
Dozalanma rejimi Böyüklər, o cümlədən, yaşlı pasiyentlər Britosopt preparatını zədələnmiş gözün (gözlərin) konyuktival kisəsinə sutkada 2 dəfə 1 damcı damcılatmaq lazımdır. Burun-gözyaşı kanalının okklyuziyası və ya göz qapaqlarının qapanması, sistem absorbsiyanı aşağı salır. Bu, arzuolunmayan reaksiyaların zəifləməsinə və yerli aktivliyin yüksəlməsinə səbəb ola bilər. Preparatın dozası ötürüldükdə, müalicəni dozalanma rejiminə müvafiq, növbəti dozanın istifadəsi ilə davam etdirmək lazımdır.
Doza, zədələnmiş gözə (gözlərə) sutkada 2 dəfə 1 damcıdan artıq olmamalıdır. Digər oftalmoloji qlaukoma əleyhinə preparatı Britosopt preparatı ilə əvəz etdikdə, Britosopt preparatı ilə müalicəni, əvvəlki preparatın istifadəsi dayandırıldıqdan sonra növbəti gün başlamaq lazımdır. Xüsusi pasiyent qrupları Uşaqlar Heç bir məlumatın olmaması ilə əlaqəli, 0-dan 18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə preparatın istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Qaraciyər və böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlər Qaraciyər və ya böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə tərkibində 10 mq/ml brinzolamid və 5 mq/ml timolol olan göz damcılarının və ya tərkibində 5 mq/ml timolol olan göz damcılarının istifadəsi ilə heç bir tədqiqat aparılmamışdır.
Qaraciyər çatışmazlığından və ya yüngül və orta dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə dozanın korreksiyasının aparılması tələb olunmur. Ağır dərəcəli böyrək çatışmazlığından (kreatinin klirensi < 30 ml/dəqiqədə təşkil edir) əziyyət çəkən pasiyentlərdə və ya hiperxloremik asidoz müşahidə olunan pasiyentlərdə tərkibində 10 mq/ml brinzolamid və 5 mq/ml timolol olan göz damcılarının istifadəsi öyrənilməmişdir. Brinzolamidin və onun əsas metabolitinin, əsasən, böyrəklər vasitəsi ilə xaric olunmasını nəzərə alaraq, ağır dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə Britosopt preparatının istifadəsi əks göstərişdir. Ağır dərəcəli qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə preparatı ehtiyatla istifadə etmək lazımdır.
İstifadə qaydası Preparatı oftalmologiyada yerli istifadə üçün nəzərdə tutulmuşdur. İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır! Flakonun möhtəviyyatının və damcısalanın mikrob çirklənməsinin qarşısını almaq məqsədi ilə, damcısalanın ucluğunun gözlə, göz qapaqları ilə və ya hər hansı səthlərlə təmasına yol vermək olmaz. İstifadə etdikdən sonra flakonu kip bağlı saxlamaq lazımdır.
Britosopt preparatı yerli istifadə üçün digər oftalmoloji preparatlarla kombinasiyada istifadə edildiyi halda, preparatların istifadəsi arasında interval 5 dəqiqədən az olmamalıdır. Göz məlhəmlərini ən sonda istifadə etmək lazımdır.