Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

CETRAXAL PLUS 3/0,25ML 10ML DAMLA

Məhsul Kodu : 111-26348
İstehsalçı ölkə: Ispaniya
18,66 AZN
Daha çox Göz və qulaq
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Setraksal plyus, 3 mq/ml+0,25 mq/ml qulaq damcısı 

Setraksal plyus tərkibi

Təsiredici maddə:   1 ml məhlulun tərkibində 3 mq siprofloksasin (hidroxlorid şəklində),  
0,25 mq fluosinolon asetonid vardır. 

Əks göstərişlər 

Siprofloksasinə və ya flüosinolon asetonidə yaxud xinolon sinfindən hər hansı antibakterial vasitəyə qarşı və ya preparatın tərkibindəki hər hansı köməkçi vasitəyə qarşı yüksək həssaslıq.  
Su çiçəyi və Herpes simplex infeksiyaları daxil olmaqla xarici qulaq keçəcəyinin virus infeksiyaları, 
həmçinin qulaqda göbələk infeksiyaları.  

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik 
Siprofloksasinin hamilə qadınlarda istifadəsinə dair məlumatlarda inkişaf qüsurlarına səbəb olmadığı və ya döl/yenidoğulmuş üçün toksik olmadığı göstərilmişdir. Siprofloksasinin sistem təsiri çox aşağı olduğu üçün dölə hər hansı təsiri gözlənilmir. Kortikosteroidlərin laborator heyvanlara nisbətən aşağı dozalarda yeridilməsi zamanı teratogen təsirə malik olması göstərilmişdir. Müəyyən edilmişdir ki, laborator heyvanlarda dəridə istifadə etdikdə kortikosteroidlər teratogen təsir göstərmişdir. Flüosinolon asetonidin teratogen təsirinə dair hamilə qadınlarda adekvat yaxşı nəzarət olunan tədqiqatlar yoxdur. 
Preparatı təyin etməzdən öncə müalicənin faydası və ehtimal olunan risklər dəyərləndirilməldir.  

Laktasiya   
Siprofloksasin ana südünə nüfuz edir. Siprofloksasinin sistem təsiri çox aşağı olduğundan ana südü ilə qidalanan uşaqlara təsiri gözlənilmir.  
Sistem istifadə olunan kortikosteroidlər ana südünə nüfuz edir və inkişafı zəiflədə, endogen kortikosteroid ifrazına mane ola bilər və ya digər əlavə təsirlərə səbəb ola bilər.  
Kortikosteroidlərin yerli istifadəsinin ana südündə müəyyən olunacaq səviyyədə sistem absorbsiyaya səbəb olub-olmaması məlum deyil.  
Südverən anaya Setraksal Plyus təyin edərkən ehtiyatlı olmaq lazımdır.  
Reproduktivlik 
Setraksal Plyusun reproduktivliyə təsirinə dair heyvanlar üzərində tədqiqatlar aparılmamışdır. 

İstifadə qaydası və dozası 

Böyüklər və yaşlılar 
Boruların timpanostomiyası ilə kəskin xarici otit və kəskin orta otit: hər 12 saatdan bir xarici qulaq
kanalına 6-8 damcı damızdırılır, 7 gün. 
Yaşlı və digər böyük pasiyentlər arasında təhlükəsizlik və effektivlik baxımından heç bir müxtəliflik qeydə alınmamışdır.  
Pediatrik pasiyentlər 
6 aylıq və daha böyük uşaqlarda hər iki göstərişdə dozalanma eynidir.  
Böyrək/qaraciyər çatışmazlığı 
Dozanın korreksiyası vacib deyil. 

İstifadə metodu 
Xaricə istifadə olunur. 
Dərman vasitəsini istifadə edərkən tələb olunan ehtiyat tədbirləri 
İstifadədən öncə flakonu bir neçə dəqiqə ovucda saxlayaraq məhlulu isitmək lazımdır. Bu, soyuq məhlulu qulaq keçəcəyinə damızdırarkən yarana biləcək diskomfort hissindən qaçınmağa imkan yaradır. Pasiyent zədələnmiş qulağı yuxarı olmaq şərtilə uzanmalı və damcını bir nəçə dəfə qulağa damızdırmalıdır. Timpanostomik borulu kəskin orta otiti olan pasiyentlər damcıların orta qulağa keçməsini asanlaşdırmaq üçün damcıladıcının ucunu içəri salaraq 4 dəfə basmalıdırıar. Damlaların qulağa yaxşı nüfuz etməsi üçün pasiyent 1 dəqiqə bu vəziyyətdə qalmalıdır.    
Ehtiyac olarsa proseduru digər qulaqda da təkrarlamaq lazımdır.  
Çirklənmənin qarşısını almaq və bakterial riski məhdudlaşdırmaq üçün flakonun damcıladıcısının ucunun qulaq seyvanı, xarici qulaq keçəcəyi və digər səthlərlə təmasından qaçınmaq lazımdır. Flakon istifadə olunmayan zaman kip bağlı saxlanmalıdır. Müalicə bitənədək flakonu saxlamaq lazımdır.  

Prepared by  T-Soft E-Commerce.