Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 1,5 mq natrium hialuronat vardır.
“Quru göz” sindromunun simptomatik müalicəsi.
Natrium hialuronata və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq. Xüsusi göstərişlər və ehtiyyat tədbirləri Preparatın digər dezinfeksiyaedici v ə ya yuyucu (detergentl ər) xüsusiyyətlərə malik oftalmoloji məhlullar ilə birgə istifadəsindən qaçmaq lazımdır. Dördlü ammonium duzları olan mühitd ə natrium hialuronat çöküntü əmələ gətirə bilər, bu səbəbdən, preparatın v ə tərkibində bu madd ələr olan m əhlulların eyni vaxtda istifad əsindən qaçmaq lazımdır. Köməkçi maddələr Benzalkonium xlorid Preparatın tərkibində benzalkonium xlorid vardır ki, bu is ə yumşaq kontakt linzalar t ərəfindən absorbsiya oluna bil ər v ə onların r ənginin d əyişməsinə səbəb ola bil ər.
Xilora preparatının istifadəsindən öncə linzaları çıxartmaq lazımdır v ə onları göz damcılarının instilyasiyasından ən tezi 15 dəqiqə sonra taxmaq lazımdır. Benzalkonium xlorid h əmçinin gözl ərin qıcıqlanmasına s əbəb ola bil ər, xüsus ən, gözl ərin quruluğu v ə buynuz qişanın (gözün ön hiss əsi üz ərində şəffaf qat) z ədələnmələri zamanı. Preparatın istifadəsindən sonra gözl ərdə qeyri-adi hissl ər, yandırma v ə ya ağrı yarandığı halda həkimə müraciət etmək lazımdır. Natrium 1 ml preparatın tərkibində 23 mq -dan az natrium vardır, yəni mahiyyətcə “natriumsuz” hesab olunur.
Fosfatlar Bu preparatın 1 ml-nin tərkibində 0,1802 mq fosfat vardır.
Doğum potensialı olan qadınlar Bu kateqoriya pasiyentl ərdə göz damcısı formasında natrium hialuronatın istifad əsinə dair məlumatlar yoxdur. Hamiləlik Hamiləlik zamanı göz damcısı formasında natrium hialuronatın istifad əsinə dair kifay ət q ədər tədqiqatlar yoxdur. Laktasiya Göz damcısı formasında natrium hialuronatın laktasiyaya təsiri məlum deyildir. Fertillik Preparat fertilliyə təsir göstərmir.
Preparat nəqliyyat vasitəsi və mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
Dozası Əgər həkim başqa cür təyin etməyibsə, o zaman preparatın hər gözün konyunktiva kisəsinə 1 damcıdan gündə 6 dəfəyə qədər damızdırılması tövsiyə olunur. Damızdırma tezliyi və istifadəsinin davametmə müddəti həkim tərəfindən fərdi olaraq, pasiyentin müalicəyə qarşı reaksiyasından asılı olaraq təyin olunur. Xüsusi qrup pasiyentlər Böyrək/qaraciyər çatışmazlığı olan pasiyentlər Dozanın korreksiyası tələb olunmur. Uşaqlar Preparatı uşaqlarda yalnız kəskin ehtiyac olduğu halda və diqqətli həkim müşahidəsi altında istifadə etmək lazımdır.
Yaşlı pasiyentlər Dozanın korreksiyası tələb olunmur. İstifadə qaydası Preparat oftalmologiyada yerli istifadə üçün nəzərdə tutulmuşdur. Əgər qapaq açıldıqdan sonra qoruyucu halqa boğaza bitişmiş deyilsə, preparatın istifadəsindən öncə onu kənarlaşdırmaq lazımdır. Flakondakı məhlulun və damcısalanın mikrob çirklənməsinin qarşısını almaq üçün damcısalanın ucluğunun gözə, göz qapağına və ya hər-hansı səthə toxunmasından qaçmaq lazımdır.
Buraxılan dozanın bərpa olunması üçün preparatın ikiqat dozasını damızdırmaq olmaz, bu halda müalicəni növbəti doza ilə davam edirlər.