Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Ciankobalamin 0,5% 1 ml N10 ampula

Məhsul Kodu : 111-29812
1,20 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

VİTAMİN, B12 (SİANOKOBALAMİN) inyeksiya üçün məhlul

VİTAMİN tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 200 mkq və ya 500 mkq sianokobalamin vardır.

İstifadəsinə göstərişlər

Vitamin B12 çatışmazlığı ilə baş verən xroniki anemiya (Addison-Birmer xəstəliyi, alimentar makrositar anemiya). Aşağıdakı xəstəliklərin kompleks müalicəsinin bir hissəsi kimi: anemiya (o cümlədən, dəmir çatışmazlığı, post-hemorragik, aplastik, zəhərli maddələrin və/və ya dərman vasitələrinin səbəb olduğu anemiya); xroniki hepatit, qaraciyər sirrozu, qaraciyər çatışmazlığı; polinevrit, radikulit, nevralgiya (o cümlədən, üçlü sinir nevralgiyası), hipotrofiya, funikulyar mieloz, periferik sinir zədələnmələri, yan amiotrofik sklerozu, uşaq serebral iflici, Daun xəstəliyi; dəri xəstəlikləri (psoriaz, fotodermatoz, herpes dermatiti, atopik dermatit). Profilaktik məqsədlər üçün biquanidlər, para-aminosalisil turşusu, askorbin turşusu yüksək dozalarda təyin edildikdə; vitamin B12-nin sorulmasının pozulması ilə müşayiət olunan mədə və bağırsaq xəstəliklərində (mədə, nazik bağırsağın bir hissəsinin rezeksiyası, Kron xəstəliyi, seliakiya xəstəliyi, enterit, malabsorbsiya sindromu, spru), mədəaltı vəzi və bağırsaqların bədxassəli şişləri; kəskin şua xəstəliyi.

Əks göstərişlər

• Preparatın komponentlərinə qarşı yüksək həssaslıq; • eritremiya, eritrositoz; • tromboembolik xəstəliklər; • xoşxassəli və bədxassəli yeni törəmələr (meqaloblastik anemiya və vitamin B12 çatışmazlığı ilə müşayiət olunan hallar istisna olmaqla); • hamiləlik (yüksək dozalarda B vitaminlərinin mümkün teratogen təsirinin fərdi göstərişləri varsa); • laktasiya dövrü; • Leber xəstəliyi, nikotin ambliopiyası (göz sinirinin neyrodegenerativ zədələnmə riskini artırır); • gərginlik stenokardiyası (III FS); • 3 yaşa qədər uşaqlar (1ml-də 500 mkq sianokobalamin olan doza üçün);

Hamiləlik və laktasiya dövründə istifadəsi

Yüksək dozalarda B vitaminlərinin mümkün teratogen təsirinin fərdi göstərişləri var, buna görə də preparatın istifadəsi tövsiyə edilmir. Sianokobalamin ana südü vasitəsilə xaric olur, buna görə də laktasiya dövründə istifadəsi tövsiyə edilmir və ya müalicə müddətində ana südü ilə qidalanma dayandırılmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın əlavə təsirlərini nəzərə alaraq, avtomobil idarə edərkən və konsentrasiya tələb edən işlərdə diqqətli olmaq lazımdır.

VİTAMİN istifadə qaydası və dozası

Vitamin B12 dərialtı, əzələdaxili, venadaxili və intralumbal olaraq istifadə olunur. Dərialtı Böyüklər Addison-Birmer anemiyası zamanı (B12 vitamini çatışmazlığı anemiyası) - günaşırı 100-200 mkq/sut; funikulyar miyeloz, sinir sisteminin disfunksiyası olan makrositar anemiyada - ilk həftədə hər gün 400- 500 mkq/sut, sonra yeridilmələr arasında fasilələrdə 5-7 günə qədər (eyni zamanda fol turşusu təyin edilir); remissiya dövründə dəstəkləyici doza ayda 2 dəfə 100 mkq /sut, nevroloji simptomlar olduğu hallarda - ayda 2-4 dəfə 200-400 mkq. Kəskin posthemorragik və dəmir çatışmazlığı anemiyasında Vitamin B12 30-100 mkq dozada həftədə 2-3 dəfə təyin olunur; aplastik anemiya zamanı - klinik-hematoloji yaxşılaşmadan əvvəl 100 mkq. MSS və periferik sinir sistemi xəstəliklərində - 2 həftə ərzində günaşırı 200-500 mkq.

Travmatik mənşəli periferik sinir sistemi xəstəliklərində - günaşırı 40-45 gün ərzində 200-400 mkq. Hepatit və qaraciyər sirrozlarında - 25-40 gün ərzində 30-60 mkq/sut və ya 100 mkq günaşırı. Şüa xəstəliyində, diabetik nevropatiyada, spruda - 20-30 gün ərzində hər gün 60-100 mkq. İntralumbal - Funikulyar mieloz, yan amiotrofik skleroz zamanı – intralumbal olaraq 15-20 mkq, dozanı tədricən (50, 100, 150, 200 mkq) 200-250 mkq-a qədər artırmaqla yeridilir.

İntralumbal yeridilmələr hər 3 gündən bir edilir, ümumilikdə kursa 8-10 yeridilmə lazımdır. Remissiya dövründə funikulyar mieloz hadisələri olmadıqda dəstəkləyici terapiya üçün ayda 2 dəfə 100 mkq təyin olunur, nevroloji simptomlar olduqda 200-400 mkq, ayda 2-4 dəfə təyin olunur. Əzələdaxili və ya venadaxili - B12 vitamini çatışmazlığını aradan qaldırmaq üçün 1-2 həftə ərzində, hər gün 1 mq əzələdaxili və ya venadaxili tətbiq edilir; dəstəkləyici doza 1 - 2 mq, həftədə 1 dəfədən ayda 1 dəfəyə qədər; profilaktika üçün - 1 mq ayda 1 dəfə əzələdaxili və ya venadaxili tətbiq edilir. Müalicənin müddəti fərdi olaraq müəyyən edilir.

Böyüklər üçün maksimum sutkalıq dozası 500 mkq-dır. Uşaqlar 1 mkq/kq dozada dəri altından yeridilir. Dozalar və tətbiq rejimi patologiyadan asılıdır və gündə 30 mkqdan 100 mkq-a qədər dəyişir. Maksimal sutkalıq dozası 100 mkq-dır.

- Alimentar anemiya və erkən doğulmuş uşaqlarda anemiya zamanı hər gün 30 mkq 15 gün ərzində dəri altı tətbiq edilir. - Aplastik anemiya zamanı - klinik-hematoloji yaxşılaşmadan əvvəl 100 mkq. - Xəstəliklərdən sonra distrofik hallarda, Daun sindromu və uşaq serebral iflicindən sonra - dəri altı, günaşırı 15-30 mkq yeridilir. - Hepatit və qaraciyər sirrozunda 30-60 mkq/sut və ya günaşırı 100 mkq 25-40 gün ərzində daxil yeridilir.

- 500 mkq/ml dərman forması 3 yaşdan kiçik uşaqlara tətbiq edilmir.

Prepared by  T-Soft E-Commerce.