Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ampulda (1 ml məhlulun tərkibində) 500 mkq sianokobalamin vardır.
Sianokobalamin çatışmazlığı ilə müşayiət olunan xroniki anemiyalar (Addison-Birmer xəstəliyi, alimentar makrositar anemiya) və həmçinin, dəmir çatışmazlığı, posthemorragik və aplastik anemiyaların kompleks müalicəsi, toksik maddələrin və/və ya dərman preparatlarının törətdikləri anemiyalar. Sinir sistemi xəstəlikləri: polinevritlər, radikulitlər, kauzalgiyalar və nevralgiyalar (o cümlədən, üçlü sinirin nevriti), yan amiotrofik skleroz, periferik sinirlərin zədələnməsi, funikulyar miyeloz, uşaq serebral iflici, Daun xəstəliyi. Dəri xəstəlikləri (psoriaz, fotodermatoz, herpesəbənzər dermatit, atopik dermatit). Xroniki hepatit, qaraciyər sirrozu, qaraciyər çatışmazlığı.
Kəskin şüa xəstəliyi. Profilaktika məqsədi ilə - yüksək dozalarda biquanidlər, paraaminosalisil turşusu, askorbin turşusu təyin olunduqda, sianokobalaminin sorulmasının pozulması ilə müşayiət olunan mədə və bağırsaq xəstəlikləri (mədənin, nazik bağırsağın bir hissəsinin rezeksiyası, Kron xəstəliyi, seliakiya, malabsorbsiya sindromu, spru xəstəliyi).
Hiperhəssaslıq, tromboemboliya, eritremiya, eritroz, hamiləlik dövrü (B qrupu vitaminlərinin yüksək dozalarda teratogen təsir göstərməsi ehtimalı barədə bəzi göstərişlər mövcuddur), laktasiya dövrü, göstərilən dərman forması üçün 3 yaşa qədər uşaqlar. Leber xəstəliyi, nikotin ambliopiyası (görmə sinirinin neyrodegenerativ zədələnməsinin riskini gücləndirir). Gərginlik stenokardiyası III-cü FS, xoşxassəli və bədxassəli törəmələr (meqaloblast anemiya və B12 vitamin çatışmazlığı ilə müşayiət olunan hallar istisna olmaqla), trombların əmələ gəlməsinə meyllilik.
Hamiləlik (B 12 vitamininin yüksək dozalarda teratogen təsir göstərməsi ehtimalı barədə bəzi məlumatlar mövcuddur) və laktasiya dövründə sianokobalaminin istifadəsi əks göstərişdir.
Müalicə müddətində nəqliyyat vasitəsini idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır.
Sianokobalamini dəri altına, əzələ daxilinə, vena daxilinə, funikulyar miyeloz, yan amiotrofik skleroz zamanı isə intralyumbal yolla yeritmək olar. Böyüklər Addison-Birmer anemiyası zamanı – dəri altına, günaşırı 100-200 mkq/sutkada; funikulyar miyeloz, sinir sistemi funksiyalarının pozğunluğu ilə müşayiət olunan makrositar anemiyalar zamanı – 400-500 mkq/sutkada birinci həftə hər gün, daha sonra yeridilmələr arasında 5-7 günə qədər intervallarla (eyni zamanda fol turşusu təyin etmək lazımdır); remissiya dövründə dəstəkləyici doza ayda 2 dəfə 100 mkq/sutkada, nevroloji hallar olduqda – ayda 2-4 dəfə 200- 400 mkq. Kəskin posthemorragik və dəmir çatışmazlığı anemiyası zamanı – həftədə 2-3 dəfə 30-100 mkq, aplastik anemiya zamanı – klinik-hematoloji yaxşılaşma başlayana qədər 100 mkq. Mərkəzi və periferik sinir sistemi xəstəliklərində, ağrı sindromu ilə müşayiət olunan nevroloji xəstəliklərdə preparatı artan dozalarda yeritmək lazımdır – ağrı sindromu aradan qaldırılana qədər 200-500 mkq/sutkada, daha sonra 2 həftə müddətində 100 mkq/sutkada.
Periferik sinir sisteminin travmatik zədələnmələri mövcud olduqda – 40-45 gün müddətində günaşırı 200-400 mkq. Hepatitlərdə və qaraciyər sirrozu zamanı – 25-40 gün müddətində 30-60 mkq/sutkada və ya günaşırı 100 mkq. Kəskin şüa xəstəliyində, diabetik nevropatiyada – 20-30 gün müddətində hər gün 60-100 mkq. Funikulyar miyeloz, yan amiotrofik skleroz, dağınıq skleroz zamanı – 15-30 mkq intralyumbal və hər növbəti inyeksiya yeridildikdə, dozanı artırmaq (50, 100, 150, 200 mkq) lazımdır.
İntralyumbal inyeksiyaları hər 3 gündən bir yeritmək lazımdır, müalicə kursu müddətində cəmi 8-10 inyeksiya yeridilməlidir. Remissiya dövründə funikulyar miyelozun təzahürləri olmadıqda, dəstəkləyici müalicə üçün ayda 2 dəfə 100 mkq, nevroloji simptomatika olduqda – bir ay ərzində 2-4 dəfə 200-400 mkq təyin etmək lazımdır. Sianokobalamin çatışmazlığını aradan qaldırmaq üçün əzələ daxilinə və ya vena daxilinə təyin etmək lazımdır: müalicə üçün 1-2 həftə müddətində hər gün 1 mq, dəstəkləyici doza – həftədə 1 dəfədən ayda 1 dəfəyə qədər 1-2 mq; profilaktika üçün – ayda 1 dəfə 1 mq. Müalicə müddəti fərdi olaraq müəyyən olunur.
Uşaqlar Dəri altına 1 mkq/kq dozada təyin olunur, maksimal sutkalıq doza – 100 mkq təşkil edir. Alimentar anemiya və vaxtından əvvəl doğulmuş uşaqların anemiyası zamanı – 15 gün müddətində hər gün, gündə 30 mkq dəri altına, aplastik anemiya zamanı – klinik-hematoloji yaxşılaşma başlayana qədər 100 mkq. Xəstəliklərdən sonra meydana çıxan distrofik vəziyyətlərdə, Daun xəstəliyində və uşaq serebral iflici zamanı – dəri altına günaşırı 15-30 mkq. Hepatitlərdə və qaraciyər sirrozu zamanı 25-40 gün müddətində 30-60 mkq/sutkada və ya günaşırı 100 mkq.
Preparatın dozaları və istifadə rejimi patologiyadan asılıdırlar və sutkada 30-dan 100 mkq-a qədər dəyişə bilərlər. Preparatın 500 mkq/ml-də dərman formasını 3 yaşa qədər uşaqlarda istifadə etmək olmaz.