Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

CYCLOJON 10MG/ML 10ML GOZ DAMLASI

Məhsul Kodu : 111-29916
İstehsalçı ölkə: Bolqaristan
12,97 AZN
Daha çox Göz və qulaq
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SİKLOJON, 10 mq/ml göz damcısı

SİKLOJON tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 11,25 mq siklopentolat hidroxlorid 10 mq siklopentola ekvivalen) vardır.

İstifadəsinə göstərişlər

- Fundoskopiya və sikloplegik refraksiyanın diaqnostikası; - İrisin və uveal traktın iltihabi vəziyyətlərində bəbəyin genişlənməsi.

Əks göstərişlər

- Siklopentolata və ya preparatın digət komponentlərinə qarşı yüksək həssaslıq; - Diaqnozu qoyulmuş və ya şübhəli bağlıbucaqlı qlaukoma olan xəstələrdə istifadə edilməməlidir; çünki bu, kəskin tutmaya səbəb ola bilər. - Yenidoğulmuşlarda və 3 aydan kiçik uşaqlarda. - Qıcolmalarla müşaiyət olunan beyin zədələnmsi olan uşaqlarda istifadə olunmamalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Fertillik Okulyar siklopentolat istifadəsinin fertilliyə təsirini qiymətləndirmək üçün heç bir tədqiqat aparılmamışdır. Hamiləlik və laktasiya Hamiləlik və laktasiya dövründə təhlükəsizliyi müəyyən edilməmişdir və buna görə də Siklojon göz damcıları yalnız həkim tərəfindən zəruri hesab edildikdə istifadə edilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.

SİKLOJON istifadə qaydası və dozası

Yalnız yerli istifadə üçün nəzərdə tutulub. Yetkinlərdə və yaşlılarda (>65): doza gözə (gözlərə) bir və ya iki damcıdır. Maksimum təsir damcıdan 30-60 dəqiqə sonra əldə edilir. Refraksiya və fundoskopiya: 5 dəqiqədən sonra təkrarlana bilən 1 damcı məhlul adətən istənilən effekti əldə etmək üçün kifayətdir.

Ön və arxa uveit üçün (əgər ön uveitin əlamətləri ilə əlaqədardırsa) və arxa sinexiyaların qırılması üçün: hər 6-8 saatdan bir 1-2 damcı. Uşaqlarda, tünd dərili xəstələrdə və/və ya tünd irisi olan xəstələrdə sikloplegit müqaviməti müşahidə oluna bilər və siklopentolat dozası müvafiq olaraq tənzimlənməlidir. Pediatriyada 3 aydan kiçik uşaqlarda: Siklojon yenidoğulmuşlarda və ya 3 aydan kiçik uşaqlarda istifadə edilməməlidir. 3 aydan yuxarı uşaqlarda: hər gözə 1 damcı və instillyasiyadan 45 dəqiqə sonra uşaqlara nəzarət edilməlidir.

İstifadə qaydası Konyunktival kisəciyə damızdırılır. Damcıladıcını və məhlulu çirklənmədən qorumaq üçün göz qapaqları, bitişik səth və ya digər hər hansı səthə toxundurmaqdan çəkinmək lazımdır. Gözdə birdən çox dərman istifadə edildikdə, ən azı 5 dəqiqə ara ilə edilməlidir. Göz məlhəmləri ən sonda tətbiq edilməlidir.

Xəstələrə flakonla ilə işlədikdən və ya dərmanı qəbul etdikdən sonra əllərini yumaq göstərişi verilməlidir. Utilizasiya və digər xüsusi ehtiyat tədbirləri Xüsusi tələblər yoxdur. Hər hansı istifadə olunmamış məhsul və ya tullantı materialı yerli tələblərə uyğun olaraq utilizasiya edilməlidir.

Prepared by  T-Soft E-Commerce.