D-KOLEROL, 5000 BV daxilə qəbul üçün yumşaq kapsullar
D-Kolerol tərkibi
Təsiredici maddə: 1 kapsulda 5000 BV xolekalsiferol (125 mkq Vitamin D3) (qoyun yunundan alınan) vardır.
Köməkçi maddələr: günəbaxan yağı, E vitamini, qida jelatini (mal ətindən alınan jelatin), təmiz su, qliserin, sorbitol.
Əks göstərişlər:
- Preparatın komponentlərindən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq)
- Ağır hipertenziya, inkişaf etmiş ateroskleroz
- Aktiv ağciyər vərəmi
- D hipervitaminozu
- Hiperkalsiemiya və ya hiperkalsiuriya
- Nefrokalsinoz və böyrəkdaşı xəstəliyi
- Ciddi böyrək çatışmazlığı
- 11 yaşdan aşağı uşaqlarda istifadəsi olmaz
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik dövründə yalnız həkim nəzarəti altında istifadə olunmalıdır. Profilaktik məqsədlə gündəlik maksimum doza 1000 BV-dən artıq olmamalıdır.
Laktasiya dövründə həkim nəzarəti altında istifadə edilə bilər. D vitamininin ana südünə keçməsi nəzərə alınmalıdır.
D-Kolerol istifadə qaydası, dozası
D-KOLEROL daxilə qəbul edilir.
Böyüklərdə profilaktika və dəstəkləyici müalicə: həftədə 1-2 kapsul (5000 BV).
Müalicə məqsədilə: gündə 2 kapsul (10000 BV) həkim nəzarəti ilə.
11-18 yaşlı uşaqlarda profilaktika: həftədə 1 kapsul.
11 yaşdan kiçik uşaqlarda istifadəsi olmaz.