Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

D-Kolerol D3/K2 5000 İU+100 mcg N28 cap

Məhsul Kodu : 111-27306
İstehsalçı ölkə: Türkiye
20,00 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

D-Kolerol, 5000 BV daxilə qəbul üçün yumşaq kapsullar 

D-Kolerol tərkibi

Təsiredici maddə:   1 kapsulda 5000 BV xolekalsiferol (125 mkq Vitamin D3) (qoyun  
yunundan alınan) vardır.

Əks göstərişlər 

Preparatın komponentlərindən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq), 
Ağır yüksək qan təzyiqi (hipertenziya) 
İnkişaf etmiş damar gərginliyi (arteroskleroz), 
Aktiv ağciyər vərəmi mövcud olarsa, bu dərman uzun müddət yüksək dozada istifadə edilməməlidir. 
D hipervitaminozu (D vitamininin həddindən artıq miqdarda qəbul edilməsi və ya toplanması ilə bağlı olaraq yaranan bir xəstəlik olub, iştahanın itməsi, qəbizlik, du-manlı görmə və əzələ zəifliyi kimi simptomlarla müşayiət olunur). 
Hiperkalsiemiya (qanda kalsiumun konsentrasiyasının normaldan yüksək olması) və ya 
hiperkalsiuriya (sidiklə xaric olan kalsiumun miqdarının artması). 
Nefrokalsinoz (böyrəktə kalsium kristallarının toplanması) və/və ya böyrəkdaşı (kalsium tərkibli) 
xəstəliyi. 
Kalsium tərkibli böyrək daşlarının yaranmasına meyillilik,  
Kalsiuma qarşı həssaslıq, 
Ciddi böyrək çatışmazlığı və ya ciddi böyrək problemlərinin olması, 
11 yaşdan aşağı körpələrdə və uşaqlarda istifadə edilməməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.  
Tərkibində D vitamini olan dərmanların hamiləlik dövründə istifadəsi tövsiyə olunmur, əgər hamiləlik dövründə onların istifadəsi zəruri olarsa, həkim nəzarəti altında istifadə edilməlidir.   
Tərkibində D vitamini olan dərmanların hamiləlik dövründə profilaktik məqsədlə istifadəsi zamanı maksimum doza 1000 BV/gün-ü keçməməlidir. 
Müalicə müddətində hamilə olduğunuzu hiss etsəniz, dərhal bu barədə həkiminizə və ya əczaçıya 
məlumat verin. 

Laktasiya dövrü 
D-KOLEROL laktasiya dövründə həkim nəzarəti altında istifadə edilə bilər.  Ana südünə nüfuz etdiyi üçün həkiminizin tövsiyə etdiyi şəkildə istifadə edin.  
Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.

İstifadə qaydası və dozası 

D-KOLEROL daxilə qəbul edilir. 
Hər bir yumşaq kapsulda  5000 BV (125 mikroqram) Vitamin D3 vardır. 
11 yaşdan kiçik uşaqlarda və körpələrdə istifadə edilməməlidir. 
Uşaqlarda istifadəsi 
11-18 yaşlı uşaq və yeniyetmələrdə D vitamini çatışmazlığının profilaktikası və müalicəsi üçün: 
gündəlik 400-800 BV doza ekvivalent şəkildə həftədə 1 ədəd D-KOLEROL 5000 BV yumşaq kapsul  həkimin tövsiyə etdiyi şəkildə istifadə edilməlidir.  
11-18 yaşlı uşaq və yeniyetmələrdə D vitamini çatışmazlığının müalicəsində: gündəlik 3000-5000 BV doza ekvivalent şəkildə həftə ərzində  gündə 2 ədəd D-KOLEROL 2000 BV yumşaq kapsul  həkimin tövsiyə etdiyi şəkildə istifadə edilməlidir.  
11-18 yaşlı risk qrupunda  dəstəkləyici  müalicə və profilaktika üçün ən yüksək dözülə bilən doza 
gündə 1 ədəd D-KOLEROL 5000 BV yumşaq kapsuldur. 
Böyüklərdə istifadəsi 
Vitamin D çatışmazlığının profilaktikasında və dəstəkləyici müalicəsində: gündəlik 600-1500 BV 
doza ekvivalent şəkildə həftədə 1-2 ədəd D-KOLEROL 5000 BV yumşaq kapsul həkimin tövsiyə 
etdiyi şəkildə istifadə edilir. 
Vitamin D çatışmazlığının müalicəsində: gündəlik 7000-10000 BV doza ekvivalent şəkildə gündə 2 ədəd D-KOLEROL 5000 BV yumşaq kapsul həkimin tövsiyə etdiyi şəkildəvə müddət ərzində istifadə edilir.                                                                                                                                        
D vitamininin profilaktik, dəstəkləyici və müalicəvi doza tövsiyələri yaş qruplarına görə       

Yenidoğulmuşlar:
Profilaktik və dəstəkləyici müalicə üçün tövsiyə olunan doza gündə 400 BV (10 mkq) təşkil edir. Riskli qrupların profilaktikası üçün dözümlü ən yüksək doza gündə 1000 BV-dir (25 mkq). Müalicəvi doza tətbiq edilmir.

1 aylıq – 1 yaş:
Profilaktik və dəstəkləyici müalicə məqsədilə gündə 400 BV (10 mkq) tövsiyə olunur. Riskli qruplar üçün dözümlü ən yüksək doza gündə 1000 BV-dir (25 mkq). D vitamini çatışmazlığında müalicəvi doza gündə 2000–3000 BV (50–75 mkq) təşkil edir.

1–10 yaş:
Profilaktik və dəstəkləyici müalicə üçün gündə 400–800 BV (10–20 mkq) tövsiyə olunur. Lazım gələrsə, doza 1000 BV-yə qədər artırıla bilər. Riskli qruplar üçün dözümlü ən yüksək doza gündə 1500 BV-dir (37,5 mkq). Müalicəvi doza gündə 3000–5000 BV (75–125 mkq) təşkil edir.

11–18 yaş:
Profilaktik və dəstəkləyici müalicədə gündə 400–800 BV (10–20 mkq) istifadə olunur. Riskli qruplar üçün dözümlü ən yüksək doza gündə 2000 BV-dir (50 mkq). D vitamini çatışmazlığında müalicəvi doza gündə 3000–5000 BV (75–125 mkq) təşkil edir.

18 yaşdan böyük yetkinlər:
Profilaktik və dəstəkləyici müalicə üçün gündə 600–1500 BV (15–37,5 mkq) tövsiyə olunur. Riskli qruplar üçün dözümlü ən yüksək gündəlik doza 4000 BV-dir (100 mkq). Müalicəvi məqsədlə gündə 7000–10000 BV (175–250 mkq) və ya alternativ olaraq həftədə bir dəfə 50 000 BV istifadə oluna bilər. Həftəlik doza gündəlik qəbul əvəzinə 6–8 həftə müddətində tətbiq edilə bilər.                                                                                                                                                       Tərkibində D vitamini olan dərmanların hamiləlik dövründə istifadəsi tövsiyə olunmur, əgər hamiləlik dövründə onların istifadəsi zəruri olarsa, həkim nəzarəti altında istifadə edilməlidir.   
Tərkibində D vitamini olan dərmanların hamiləlik dövründə profilaktik məqsədlə istifadəsi zamanı maksimum doza 1000 BV/gün-ü keçməməlidir. 

   

Prepared by  T-Soft E-Commerce.