Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

DAPAGLIF 10MG N30 TAB

Məhsul Kodu : 111-28218
İstehsalçı ölkə: Hindistan
27,00 AZN
Daha çox Endokrin
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

DAPAQLİF, örtüklü tabletlər

DAPAQLİF tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq və ya 10 mq dapaqliflozinə ekvivalent dapaqliflozin propanediol monohidrat var.

İstifadəsinə göstərişlər

18 və yuxarı yaşlı pasiyentlərdə 2 -ci tip diabetin müalicəsi məqsədilə, pəhriz və fiziki məşqlərə əlavə olaraq qlikemik nəzarəti yaxşılaşdırmaq məqsədilə − Monoterapiya qismində (metforminə dözümsüzlük hallarında) − Metformin, sulfanil -sidik cövhəri törəmələri, tiazoli dindionlar, dipeptidilpeptidaza -4 inhibitorları, uzunmüddətli təsirli eksenatid, insulin preparatları ilə kombinasiya şəklində (adekvat qlikemik kontrol olmazsa) 2-ci tip diabeti olan təsdiqlənmiş ürək -damar xəstəliyi və ya 2 və daha çox ürək -damar risk amilləri olan böyük pasiyentlərdə ürək çatışmazlığına görə hospitalizasiya riskini azaltmaq məqsədilə − Xronik ürək çatışmazlığı − Ürək atımı fraksiyası azalmış xronik ürək çatışmazlığı olan böyük pasiyentlərdə (NYHA təsnifatına görə II-IV funksional sinfi) ürək-damar hadisəsi səbəbindən ölüm və ürək çatışmazlığına görə hospitalizasiya riskini azaltmaq məqsədilə − Xronik böyrək çatışmazlığı − -Xronik böyrək xəstəliyinin proqressivləşməsi riski olan böyük pasiyentlərdə YFS -nin sabit azalması riskini azaltmaq, xronik böyrək çatışmazlığının terminal mərhələsinin uzadılması, ürək -damar hadisəsi səbəbindən ölüm və ürək çatışmazlığına görə hospitalizasiya riskini azaltmaq məqsədilə

Əks göstərişlər

− Dapaqliflozin və ya preparatın hər hansı digər komponentinə qarşı hiperhəssaslıq varsa − Anamnezdə dapaqliflozinə qarşı angionevrotik ödem halı varsa − 1-ci tip şəkərli diabet (çünki ağır hipoqlikemiya ehtimalı istisna edilmir) − Diabetik ketoasidoz, qanda keton cisimlərinin konsentrasiyanın artması − Böyrək funksiyasının fizioloji azalması və dövran edən qan həcminin azalması səbəbindən 75 yaşdan yuxarı yaş qrupu pasiyentlər − Qlomerulyar filtrasiya sürətinin 60 ml/dəq -dək azalması və ya şəkərli diabet ilə əlaqəli olmayan ağır böyrək çatışmazlığı ilə diabetik nefropatiya − Təzyiqin azalması və susuzlaşma ilə müşayiət olunan təsirinin artması səbəbilə ilgək (f urosemid, torasemid) və tiazid (dixlortiazid, politiazid) diuretiklərin qəbul edilməsi − QFS <25 ml/dəq/1,73m2 olan böyrək çatışmazlığı − 18 yaşa qədər uşaqlar, hamiləlik və laktasiya dövrü

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamilə qadınlar və ana südü ilə qidalanan uşaqlar üçün təhlükəsizliyi, habelə ana südü ilə xaric olması məlum deyil. Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

DAPAQLİF nəqliyyat vasitəsini və ya digər mexanizmləri idarə etmə qabiliyyətinə təsir göstərmir və ya əhəmiyyətsiz dərəcədə təsir göstərir. DAPAQLİF qəbul edərkən başgicəllənmə müşahidə olunarsa nəqliyyat vasitəsini və ya digər mexanizmləri idarə etməyin.

DAPAQLİF istifadə qaydası və dozası

DAPAQLİF tablet qida qəbulundan asılı olmayaraq, günün istənilən saatında, amma hər gün eyni vaxtda olmaqla qəbul olunur. Gündə 1 dəfə 10 mq (bir 10 mq-lıq və ya iki 5 mq-lıq tablet) olmaqla daxilə qəbul olunur. Ağır qaraciyər funksiyasının pozulması zamanı müalicə 5 mq -lıq doza ilə başlana bilər. Yaxşı keçirildiyi halda doza həkimin məsləhəti ilə artırıla bilər.

Böyrək funksiyası ilə əlaqəli olaraq dozanın tənzimlənməsi tələb olunmur. Qlomerular filtrasiya sürəti (e QFS) < 25 ml/dəq/1,73 m2 olan xəstələrdə dapaqliflozin ilə müalicəyə başlamaq tövsiyə edilmir. Tablet ½ stəkan su ilə daxilə qəbul olunur.

Prepared by  T-Soft E-Commerce.