Sevimlilərə əlavə edin
Paylaşın

Dekomb 15 Qr Krem

Məhsul Kodu : 111-00628
İstehsalçı ölkə : Israil
1 Şərh Şərh
12,05 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

DEKOMB, xaricə istifadə üçün krem

DEKOMB tərkibi

Təsiredici maddə: 1 qram kremin tərkibində 100000 BV nistatin, 2,5 mq neomisin sulfat, 0,25 mq qramisidin, 1 mq triamsonolon asetonid vardır.

İstifadəsinə göstərişlər

Dekomb krem kortikosteroidlərə həssas səthi dermatozlar, həmçinin bakteriya və göbələklərlə ikincili infeksiyalaşma və ya aşağıda adı çəkilən xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilir: ▪ Atopik dermatit ▪ Seboreyalı dermatiti ▪ Xroniki sadə dəmrov (neyrodermit) ▪ Psoriaz (xüsusən üz nahiyəsində və büküşlərdə müşahidə olunarsa) ▪ Allergik kontakt dermatiti.

Əks göstərişlər

• Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq

• Dəri vərəmi

• Sifilisin dəri forması

• Suçiçəyi

• Dərinin virus xəstəlikləri, peyvənddən sonrakı dəri reaksiyaları, parazitar dəri infeksiyaları

• Açıq yaralar, trofik yaralar, yanıqlar və ixtioz

• Rosacea, acne vulgaris, ağızətrafı dermatit

• Dəri atrofiyası, dəri damarlarının kövkərliyi

• 3 yaşa qədər uşaqlar

• Qulaq pərdəsi perforasiya olunmuş xəstələrdə xarici qulaq keçəcəyinə istifadəsi

• Böyük dəri səthinə ototoksik təsir meydanagəlmə ehtimalına görə

• Oftalmologiyada istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə istifadəsi: tərkibində triamsinolon, nistatin, qramisidin və neomisin olan preparatların teratogen təsirinin olub olmaması öyrənilməyib. Heyvanlar üzərində kiçik dozalarda sistem olaraq teratogen təsir tədqiq olunub. Laborator heyvanların dərisinə güclü sistem kortikosteroidlərin teratogen təsiri nümayiş etdirilib. Dekombun hamilələrdə istifadəsi dərmanın dölə gözlənilən mənfi təsiri anaya gözlənilən müalicəvi effektindən yüksək olmazsa təyin edilə bilər. Lakin bu halda belə preparat uzunmüddətli və geniş dəri səthinə çəkilməməlidir. Laktasiya dövründə istifadəsi: Dekombun tərkibindəki hər hansı komponentin ana südü ilə xaric olması barədə məlumat yoxdur. Sistem qlükokortikosteroidlərin təyinatının yenidoğulmuşa mənfi təsir etməsi ehtimalı çox aşağıdır. Lakin bu halda belə preparat uzunmüddətli və geniş dəri səthinə çəkilməməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Dekomb istifadəsi zamanı nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir mənfi təsir müşahidə edilməmişdir.

DEKOMB istifadə qaydası və dozası

Böyüklərdə və 3 yaşdan yuxarı uşaqlarda dozalanması: Krem zədələnmiş nahiyəyə nazik qat şəklində gündə 2 dəfə (səhər və axşam) çəkilməlidir. Müalicə kursunun müddəti 14 gündən artıq olmamamlıdır. Dekomb krem 7 gün davamlı olaraq

istifadə olunursa və heç bir müalicəvi effekt əldə olunmursa mütləq sistem və ya yerli antibiotikoterpaiya olunmalıdır. 3 yaşa qədər uşaqlarda dozalanması: Dekomb kremin 3 yaşa qədər uşaqlarda təhlüksizliyi və effekttliyi öyrənilməmişdir. 3 yaşa qədər uşaqlara yerli qlükokortikosteroidlərin istifadəsi əks göstərişdir, 3 yaşdan yuxarı uşaqlara isə qısamüddətli və həkim nəzarəti altında olmalıdır. İstifadə qaydası: Dekomb krem xaricə istifadə üçün nəzərdə tutulmuşdur.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00628

Oxşar Məhsullar

Acm Molutreks 3 ml Flakon
45,40 AZN -%0
45,40AZN
Adalzit Gel 15 Qr
21,88 AZN -%0
21,88AZN
Akriderm Gk Krem 15 Qr
7,60 AZN -%0
7,60AZN
Akriderm Sk Məlhəm 15 Qr
4,70 AZN -%0
4,70AZN
Alledermin Gel 30 Qr
7,20 AZN -%0
7,20AZN
Allergozan 10 Mq Məlhəm 18 Qr
6,90 AZN -%0
6,90AZN
Ametazon 1 Mq 30 Qr Krem
7,78 AZN -%0
7,78AZN
Ametazon 1 Mq 30 Qr Məlhəm
7,00 AZN -%0
7,00AZN
Anekzem 15 g Məlhəm
6,20 AZN -%0
6,20AZN
Anti Akne 120 ml Losyon
20,90 AZN -%0
20,90AZN
Asiklovir 50 Mg 10 Qr Məlhəm
0,97 AZN -%0
0,97AZN
Badyaqa Forte 75 ml Gel
9,70 AZN -%0
9,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce