Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ampulda 50 mq deksketoprofen (deksketoprofen trometamol formasında) vardır.
Bu preparat intensivliyi orta dərəcədən ağır dərəcəyədək olan kəskin ağrının, məsələn, əməliyyatdan sonrakı ağrının, böyrək sancısının (böyrəklər nahiyəsində güclü ağrı), habelə bel ağrısının müalicəsində, tabletlərdən istifadə etmək mümkün olmadıqda istifadə edilir.
Aşağıdakı hallarda Deksalgin® inyekt preparatını istifadə etmək olmaz: − deksketoprofenə və ya bu dərman preparatının hər hansı digər komponentlərinə qarşı allergiya olduqda. − asetilsalisil turşusuna və ya digər QSİƏV-lərə qarşı allergiya olduqda; − əgər asetilsalisil turşusunun və ya digər QSİƏV-rin qəbulundan sonra Sizdə astma tutmaları, kəskin allergik rinit (qısa müddət ərzində burnun selikli qişasının iltihabı), burun polipləri (allergiya səbəbindən burunda şişkinliklər), övrə (dəri səp gisi), angionevrotik ödem (üzün, gözlərin, dodaqların və ya dilin şişməsi və ya tə nəffüsün pozulması) və ya sinə nahiyəsində xırıltılar olmuşdursa; − Əgər Sizdə ketoprofenin (QSİƏV) və ya fibratların (qanda lipidlərin səviyyəsinin azaldılması üçün istifadə edilən preparatlar) istifadəsi zamanı fotoallergik və ya fototoksik reaksiyalar (günəş işığının təsiri zamanı dərinin qızarmasının xüsusi forması və/və ya qovuqcuqların əmələ gəlməsi) olmuşdursa; − əgər Sizdə mədə və ya bağırsaqda peptik xora/qanaxma vardırsa və ya əvvəllər Sizdə mədə və ya bağırsaqda qanaxma, xora və ya perforasiya olmuşdursa; − xroniki həzm pozulmalarından əziyyət çəkirsinizsə (məsələn, qidanın həzm olunmaması, qıcqırma); − əgər ağrıkəsici preparat qismində QSİƏV-rin istifadəsi zamanı Sizdə mədə və ya bağırsaq qanaxması və ya perforasiyası inkişaf edirsə və ya əvvəllər inkişaf etmişdirsə; − əgər Siz xroniki iltihabi bağırsaq xəstəliyindən əziyyət çəkirsinizsə (Kron xəstəliyi və ya qeyri - spesifik xoralı kolit); − Sizdə ciddi ürək çatışmazlığı, orta və ya ağır dərəcəli böyrək xəstəliyi və ya ağır dərəcəli qaraciyər xəstəliyi vardırsa; − Əgər Sizdə qanaxmaya yüksək meyllilik və ya qanın laxtalanmasının pozulması vardırsa; − Əgər Sizdə qusma, ishal və ya orqanizmə mayenin kifayət miqdarda daxil olmaması nəticəsində güclü susuzluq hissi (orqanizmin böyük miqdarda maye itirməsi) vardırsa; − əgər Siz hamiləliyin üçüncü trimestrindəsinizsə və ya körpənizi ana südü ilə qidalandırırsınızsa;
Deksalgin® inyekt preparatının hamiləliyin son üç ayı ərzində və ya laktasiya dövründə istifadəsi əks - göstərişdir. Hamiləlik zamanı, həmçinin ehtimal olunan və ya planlaşdırılan hamiləlik zamanı bu preparatın qəbulundan əvvəl məsləhət almaq üçün həkimə və ya əczaçıya müraciət edin, belə ki, Deksalgin® inyekt preparatı Sizə uyğun olmaya bilər. Hamiləliyi planlaşdıran və ya hamilə qadınlar Deksalgin ® inyekt preparatının istifadəsindən çəkinməlidirlər. Hamiləliyin istənilən müddətində müalicə yalnız həkim təyinatına uyğun olaraq aparılmalıdır.
Hamiləliyi planlaşdıran və ya sonsuzluq ilə bağlı müayinədən keçən qadınların Deksalgin ® inyekt preparatını istifadə etmələri tövsiyə edilmir. Preparatın qadınlarda uşaqdoğma funksiyasına mümkün təsirinə dai r məlumat almaq üçün, həmçinin "Xüsusi göstərişlər və ehtiyat tədbirləri" bölməsinə baxın. Uşaqlar və yeniyetmələrdə istifadəsi Deksalgin® inyekt preparatı nın effektivliyi və təhlükəsizliyi 18 yaşadək uşaqlar və yeniyetmələrdə müəyyən edilməmişdir. Bu səbəbdən, uşaqlar və yeniyetmələrdə istifadə edilməməlidir.
Deksalgin® inyekt preparatının istifadəsi fonunda başgicəllənmə başgicəllənmə hissi və ya yuxululuq kimi əlavə təsirlərin meydana çıxması mümkün olduğundan, preparat nəqliyyat vasitələri və digər potensial təhlükəli mexanizmləri idarə etmək qabiliyyətinə müəyyən qədər təsir edir. Başgicəllənmə və ya yuxululuq meydana çıxdıqda, bu simptomlar keçib gedənədək nəqliyyat vasitələri və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinin. Həkimlə məsləhətləşin.
Bu preparatı hər zaman müalicə həkiminin və ya əczaçının tövsiyələrinə ciddi uyğun olaraq istifadə edin. Əgər Sizdə şübhələr varsa, müalicə həkimi və ya əczaçı ilə məsləhətləşin. Müalicə həkiminiz simptomları, onların intensivliyini və müddətini nəzərə alaraq preparatı Sizin üçün zəruri olan dozada təyin etməlidir. Bir qayda olaraq, tövsiyə olunan doza 8 -12 saatlıq intervalla Deksalgin® inyekt preparatının 1 ampulunu (50 mq) təşkil edir.
Zəruri hallarda, preparat yalnız 6 saatdan sonra təkrar yeridilir. İstənilən halda, ümumi gündəlik doza 150 mq-dan (3 ampul) artıq olmamalıdır. Preparatın inyeksiya formasından yalnız kəskin ağrı dövründə (iki gündən çox olmamaqla) istifadə edin. Mümkün olduqda, dərhal daxilə qəbul etmək üçün nəzərdə tutulmuş ağrıkəsici vasitələrə keçin.
Böyrək funksiyaları pozulmuş yaşlı xəstələrdə və qaraciyər və böyrək funksiyaları pozulmuş pasiyentlərdə ümumi gündəlik doza 50 mq-dan (1 ampul) artıq olmamalıdır. İstifadə qaydası Deksalgin® inyekt preparatı ya əzələ daxilinə, ya da vena daxilinə yeridilir. Əzələdaxili inyeksiya zamanı məhlul rəngli ampuldan şprisə çəkilir və dərhal yavaş sürətlə əzələyə, dərinə yeridilir. Məhlul yalnız şəffaf və rəngsiz olduğu halda istifadə edilə bilər.
Uşaqlarda və yeniyetmələrdə istifadəsi Bu dərman preparatı 18 yaşadək uşaqlarda və yeniyetmələrdə istifadə edilməməlidir. Deksalgin® inyekt preparatının istifadəsi unudulduqda Buraxılmış dozanı kompensasiya etmək üçün ikiqat dozanı qəbul etməyin. Təyin edilmiş vaxtda preparatı t əyin edilmiş dozada yeridin (“Deksalgin® inyekt preparatı necə istifadə edilməlidir?” bölməsinə uyğun olaraq). Əgər Sizdə bu preparatın istifadəsi ilə əlaqədar əlavə suallar yaranarsa, həkiminizə və ya əczaçıya müraciət edin.