Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq deksketoprofenə müvafiq, deksketoprofen trometamol (36,90 mq) vardır. Köməkçi maddələr: qarğıdalı nişastası, mikrokristallik sellüloza, natrium nişastaqlikolyatı, qliserin distearat, hipromelloza, titan dioksid, propilenqlikol, makroqol 6000.
İstifadəsinə göstərişlər:
Preparat, yüngüldən orta dərəcəliyə qədər ağrının müalicəsi üçün istifadə olunur, məsələn, əzələ ağrılarında, ağrı ilə müşayiət olunan menstruasiyalarda (dismenoreya), diş ağrısı zamanı istifadə olunur. 3-4 gün keçdikdən sonra pasiyent özünü yaxşı hiss etmədikdə və ya onun vəziyyəti daha da pisləşdiyi halda, həkimə müraciət etmək lazımdır.
Əks göstərişlər:
Deksalgin® preparatını aşağıdakı hallarda istifadə etmək olmaz: - pasiyentdə deksketoprofenə və ya göstərilən preparatın tərkibində olan hər hansı digər komponentlərə qarşı allergiya olduqda (“Tərkibi” bölməsinə bax); - pasiyentdə asetilsalisil turşusuna və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlara qarşı allergiya olduğu halda; - aspirinin və ya digər qeyri-steroid iltihabəleyhinə preparatların istifadəsindən sonra, pasiyentdə astma tutmaları, kəskin allergik rinit (burunun selikli qişasının qısamüddətli iltihabı), burun polipləri (allergiya nəticəsində burunda şişkinliklər), övrə (dəri üzərində səpgilər), angionevrotik ödem (üz nahiyəsinin, gözlərin, dodaqların və ya dilin şişməsi və ya tənəffüsün pozulması) və ya döş nahiyəsində xırıltıların əmələ gəlməsi müşahidə olunduqda; - ketoprofendən (qeyri-steroid iltihabəleyhinə preparat) və ya fibratlardan (qanda yağların konsentrasiyalarının aşağı salınması üçün istifadə olunan preparatlar) istifadə müddətində, pasiyentdə fotoallergik və ya fototoksik reaksiyalar (günəş işığının təsiri altında dəri qızarmasının və/və ya qovuqcuqların əmələ gəlməsinin xüsusi forması) qeyd olunduğu hallarda; - pasiyentin mədəsində və ya bağırsağında peptik xora/qanaxma və ya əvvəllər pasiyentdə mədə və ya bağırsaq qanaxmaları, xora və ya perforasiya müşahidə olunduğu hallarda; - pasiyentdə xroniki həzm pozğunluqları (məsələn, qidanın həzm olunmaması, qıcqırma) qeyd olunduqda; - ağrıkəsici məqsədlə qeyri-steroid iltihabəleyhinə preparatlardan (QSİƏP) istifadə etdikdə, pasiyentdə mədə və ya bağırsaq qanaxması və ya perforasiya inkişaf etdiyi halda; - pasiyent iltihab mənşəli xroniki bağırsaq xəstəliyindən (Kron xəstəliyi və ya qeyri-spesifik xoralı kolit) əziyyət çəkdiyi halda; - pasiyentdə ağır dərəcəli ürək çatışmazlığı, böyrək funksiyalarının orta və ya ağır dərəcəli pozğunluğu və ya qaraciyər funksiyalarının ağır dərəcəli pozğunluğu müşahidə olunduqda; - pasiyentdə qanaxmaya meyllilik və ya qan laxtalanmasının pozulması qeyd olunduqda; - qusma, diareya və ya orqanizmə kifayət qədər mayenin daxil olmaması nəticəsində pasiyentdə güclü susuzlaşma (orqanizm tərəfindən çox miqdar mayenin itirilməsi) inkişaf etdiyi halda; - hamiləlik dövrünün üçüncü trimestri və ya laktasiya dövrü.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik dövrünün son üç ayında və laktasiya dövründə Deksalgin® preparatının istifadəsi əks göstərişdir. Pasiyent həkimlə məsləhətləşməlidir. Deksalgin® preparatının pasiyent üçün münasib olmaması ehtimalını nəzərə alaraq, hamiləlik dövründə və həmçinin, ehtimal olunan və ya planlaşdırılan hamiləlik zamanı, göstərilən preparatın istifadəsindən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Hamiləlik dövründə və ya planlaşdırılan hamiləlik zamanı, Deksalgin® preparatının istifadəsindən çəkinmək lazımdır. Hamiləlik dövrünün istənilən mərhələsində preparatla müalicəni, həkim göstərişlərinə ciddi riayət edərək, aparmaq vacibdir. Hamilə olmağı planlaşdıran qadınlarda və ya sonsuzluğa görə müayinələr aparılan dövrdə, Deksalgin® preparatını təyin etmək tövsiyə olunmur.
Göstərilən preparatı hər zaman, həkimin və ya əczaçının göstərişlərinə ciddi riayət edərək, qəbul etmək lazımdır. Hər hansı şübhələr meydana çıxdığı halda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək vacibdir. Tövsiyə olunan doza adətən, hər 8 saatdan bir 1 tablet (25 mq); lakin sutkada 3 tabletdən (75 mq) artıq qəbul etmək olmaz. 3-4 gün keçdikdən sonra pasiyent özünü yaxşı hiss etmədikdə və ya onun vəziyyəti daha da pisləşdiyi halda, həkimə müraciət etmək lazımdır. Gün ərzində istifadə olunacaq tabletlərin miqdarını və tabletlərin istifadə müddətini həkim müəyyən etməlidir. Deksalgin® preparatının tələb olunan dozası, ağrının növündən, ağırlıq dərəcəsindən və davametmə müddətindən asılıdır. Preparat uzun müddətli müalicə üçün nəzərdə tutulmayıb və müalicə simptomatik dövrlə məhdudlaşdırılmalıdır. Yaşlı pasiyentlərdə və ya böyrək və ya qaraciyər xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə müalicəni, ümumi sutkalıq doza 2 tabletdən (50 mq) artıq olmamaq şərti ilə başlamaq lazımdır. Yaşlı pasiyentlər tərəfindən Deksalgin® preparatı yaxşı qəbul edildiyi halda, gələcəkdə başlanğıc dozanı, adi pasiyentlərə tövsiyə olunan dozaya (75 mq) qədər artırmaq olar. Şiddətli ağrılardan əziyyət çəkən pasiyentlərdə ağrının tezliklə yüngülləşdirilməsi üçün, preparatı acqarına (yeməkdən ən azı 30 dəqiqə əvvəl) qəbul etmək lazımdır, çünki bu zaman preparat, daha sürətlə sorulur (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsində “Deksalgin® preparatının qida və içkilərlə birlikdə istifadəsi” hissəsinə bax). Uşaqlarda və yeniyetmələrdə istifadəsi Göstərilən preparatı uşaqlarda və yeniyetmələrdə (18 yaşa qədər) istifadə etmək olmaz. Deksalgin® preparatının istifadəsinin ötürülməsi Ötürülən dozanı kompensasiya etmək üçün, preparatın ikiqat dozasını qəbul etmək olmaz. Müəyyən olunan zaman təyin edilən növbəti dozanı qəbul etmək lazımdır (“İstifadə qaydası və dozası” bölməsinə bax). Göstərilən preparatın istifadəsi ilə əlaqəli suallar meydana çıxdığı halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.