Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Deksam-RF 0,1 % 10 ml damla

Məhsul Kodu : 111-23746
İstehsalçı ölkə: Ruminiya
5,40 AZN
Daha çox Göz və qulaq
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

DEXAM-RF, 0,1% göz damcısı, suspenziya

Dexam-RF, beynəlxalq patentləşdirilməmiş adı: Dexamethasone.

DEXAM-RF tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 1 mq deksametazon.
Köməkçi maddələr: polisorbat 80, hidroksipropilmetilsellüloza, dinatrium fosfat dodekahidrat, limon turşusu monohidrat, natrium xlorid, natrium edetat dihidrat, benzalkonium xlorid, təmizlənmiş su.

DEXAM-RF, istifadəsinə göstərişlər

• Ön üveit, qüzehli qişa və kirpikli cismin iltihabı
• Allergik və yaz konyunktiviti
• Gözün zədələnməsi ilə müşayiət olunan kəmərləyici dəmrov
• Səthi nöqtəvarı və qeyri-spesifik səthi keratit
• Buynuz qişanın kimyəvi, radiasion və ya termik yanıqları, göz travmaları
• Göz əməliyyatlarından sonra iltihabi reaksiyalar və transplantata qarşı reaksiyaların azaldılması

Əks göstərişlər

• Gözün viral (herpetik), göbələk, mikobakterial, müalicə olunmamış bakterial infeksiyaları
• Deksametazona və ya köməkçi maddələrə qarşı yüksək həssaslıq
• Çiçək peyvəndi, suçiçəyi istisna ilə kəmərləyici dəmrov

Hamiləlik və laktasiya dövründə istifadəsi

• Hamiləlik zamanı yalnız klinik zərurət olduqda istifadə edilməlidir
• Uzunmüddətli istifadə zamanı dölə və körpəyə təsiri ehtimalı nəzərə alınmalıdır
• Laktasiya dövründə ehtiyatla istifadə edilməlidir – südvermə dayandırıla və ya müalicə təxirə salına bilər

DEXAM-RF, istifadə qaydası

• Kəskin iltihab: hər 30–60 dəq 1–2 damcı
• Sağalma əlamətləri olduqda: 4 saatdan bir 1 damcı
• Damızdırıldıqdan sonra 2 dəqiqə göz küncünə basmaq (nazolakrimal kanala)

Əlavə təsirləri

Tez-tez: gözlərdə diskomfort
Bəzən: disgevziya, keratit, konjunktivit, fotofobiya, göz qızartısı, görmə pozğunluğu
Məlum deyil: Kuşinq sindromu, böyrəküstü vəzi çatışmazlığı, qlaukoma, göz daxili təzyiqin artması, midriaz, buynuz qişa eroziyası və kalsifikasiyası, ptoz

Prepared by  T-Soft E-Commerce.