Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Deksat 0,1 % 5 ml göz damlası (Grd)

Məhsul Kodu : 111-20047
İstehsalçı ölkə: Yunanistan
2,27 AZN
Daha çox Göz və qulaq
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

DEKSAT,0,1% göz damcısı, məhlul

Deksat tərkibi

 Təsiredici maddə: 1 ml məhlulun tərkibində 1 mq (0,1%-i) deksametazon vardır. Köməkçi maddələr: natrium xlorid, natrium dihidrofosfat dihidrat, susuz dinatrium hidrofosfat, dinatrium edetat, natrium metabisulfit, benzalkonium xlorid, inyeksiya üçün su.

İstifadəsinə göstərişlər:

 Konyunktivanın, buynuz qişanın və göz almasının ön seqmentinin qlükokortikosteroidlərə həssas allergik və iltihabi xəstəliklərinin müalicəsi üçün: allergik konyunktivit, qeyri-spesifik səthi keratit, səthi nöqtəvi keratit, herpes zoster keratiti, irit, siklit. DEKSAT əməliyyatdan sonra, buynuz qişanın zədələnmələrində və həmçinin, keratoplastikadan sonra istifadə oluna bilər.

Əks göstərişlər:

 Benzalkonium xloridə və kortikosteroidlərə qarşı yüksək həssaslıq. Epitelial herpes simpleks keratiti, göz strukturlarının göbələk xəstəlikləri, gözün müalicə edilməmiş parazitar infeksiyaları, mikobakterial göz infeksiyaları, müalicə edilməmiş kəskin bacterial infeksiyalar, çiçək, suçiçəyi, digər virus xəstəlikləri, gözün vərəmi, buynuz qişanın xorası və absesi. Uşaqlarda uzunmüddətli müalicədən çəkinmək lazımdır, belə ki, kortikosteroidlər nadir hallarda hipotalamo-hipofizar-böyrəküstü vəzi sisteminin tormozlanmasına və Kuşinq sindromunun inkişafına gətirib çıxara bilər. DEKSAT-ın tərkibində natrium metabisulfit vardır. Bu maddə müəyyən həssas insanlarda anafilaktik simptomlar da daxil olmaqla, allergik tipli reaksiyalara səbəb ola bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik kateqoriyası: C Hamiləlik: hamiləlik dövründə istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir. Bu dövrdə preparatın istifadəsi yalnız bunun aşkar zərurət olduğu və ana üçün potensial faydanın döl üçün potensial riskdən üstün olduğu hallarda mümkündür. Laktasiya: laktasiya dövründə fayda/risk nisbəti qiymətləndirildikdən sonra istifadə edilə bilər.

Deksat istifadə qaydası, dozası

 Gündə 3-6 dəfə konyunktiva kisəsinə 1-2 damcı 0,1%-li DEKSAT damızdırmaq lazımdır. Ağır hallarda gün ərzində hər saatdan bir və axşam hər iki saatdan bir. Qənaətbəxş cavab müşahidə edilən zaman dozanı hər 4 saatdan bir 1 damcıya qədər azaltmaq lazımdır. Sonralar, simptomlara nəzarət etmək üçün hər 6 və ya 8 saatdan bir 1 damcı kifayətdir. Müalicə müddəti klinik nəticədən asılıdır və həkim tərəfindən təyin edilir. Dozanın istifadəsi unudularsa Əgər bir dozanın istifadəsi unudularsa, onu xatırlayan kimi, dərhal istifadə edilməlidir. Əgər növbəti dozadan istifadə vaxtı yaxınlaşıbsa, o zaman unudulmuş dozanı buraxmaq və növbəti dozanı vaxtında istifadə etmək və müalicəni adi rejimdə davam etdirmək lazımdır. Unudulmuş dozanın əvəzinə ikiqat doza istifadə edilməməlidir. Həkimin məsləhətinə əməl etmək lazımdır. Böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlərdə təhlükəsizliyi və effektivliyi öyrənilməyib.

Prepared by  T-Soft E-Commerce.