Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

DELOOKY-T 5ML GOZ DAMLASI

Məhsul Kodu : 111-20048
İstehsalçı ölkə: Yunanistan
12,65 AZN
Daha çox Göz və qulaq
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

DELUKİ T, göz damcısı

DELUKİ T tərkibi

Təsiredici maddə: 1 ml məhlulunun tərkibində 20 mq dorzolamid (22,26 mq dorzolamid hidroxlorid) və 5 mq timolol (6,83 mq timolol maleat) vardır.

İstifadəsinə göstərişlər

Yerli beta-blokatorla monoterapiya kifayət etmədikdə, açıqbucaqlı qlaukoma və ya psevdoeksfoliativ qlaukomanın müalicəsində yüksəlmiş gözdaxili təzyiqin (GDT) aşağı salınması üçün istifadə edilir.

Əks göstərişlər

• bronxial astma və ya anamnezdə bronxial astmanın olması • ağciyərlərin ağır xroniki obstruktiv x əstəliyi daxil olmaqla, tənəffüs yollarının reaktiv xəstəlikləri • sinus bradikardiyası, sinus düyününün z əifliyi sindromu, sinoatrial blokada, birinci v ə ya ikinci dərəcəli atrioventrikulyar blokada, aşkar ürək çatışmazlığı, kardiogen şok • ağır böyrək çatışmazlığı (kreatinin klirensi < 30 ml/dəq) və ya hiperxloremik asidoz • təsiredici maddələrə və ya köməkçi maddələrdən istənilən birinə qarşı yüksək həssaslıq Əks göstərişlər komponentlərə əsaslanır və yalnız bu kombinasiyaya aid deyil. Xüsusi xəbərdarlıq və ehtiyat tədbirləri Ümumi Səhhət və ya gözlə bağlı hər hansı problem varsa və ya keçmişdə olmuşdursa - xüsusilə, astma və ya ağciyərlərlə bağlı probleml ər, ürək x əstəlikləri, qan dövranı il ə bağlı probleml ər, arterial t əzyiqin aşağı olması, şəkərli diabet, qanda ş əkər səviyyəsinin aşağı olması (hipoqlikemiya), qalxanab ənzər vəzi ilə bağlı problemlər və həmçinin övrə, üzün, dodaqların, dilin və/və ya boğazın tənəffüs və ya udmanın ç ətinləşməsinə səbəb ola bil ən ödemi daxil olmaqla istənilən allergik reaksiyalar, miasteniya – bu barədə həkimə məlumat verilməlidir. Cərrahi əməliyyat və ya anesteziyadan əvvəl həkimə və ya stomatoloqa DELUKİ T istifadə olunması barədə məlumat verilməlidir, belə ki, anesteziya nəticəsində arterial təzyiqin qəflətən düşməsi baş verə bilər. Müalicənin tədricən dayandırılması tövsiyə edilir.

Gözün qıcıqlanması v ə ya gözdə digər problemlər, m əsələn, gözl ərin qızarması v ə ya göz qapaqlarının ödemi baş verərsə, dərhal həkimlə əlaqə saxlanmalıdır. DELUKİ T allergik reaksiyaya və ya yüksək həssaslığa (məsələn, dəri səpgisi, ağır dəri reaksiyası və ya gözlərin qızarması və qaşınması) səbəb olarsa, bu preparatın istifadəsini dayandırmaq və dərhal həkimə müraciət etmək lazımdır. Gözdə infeksiyanın inkişaf e tməsi, göz zədələnməsi, gözün cərrahi əməliyyatı və ya digər reaksiyaların inkişafı baş verərsə, bu barədə həkimə məlumat verilməlidir. Buynuz qişanın xroniki xəstəliyi və/və ya anamnezində gözün cərrahi əməliyyatı olan pasiyentlərdə yerli dorzolamid ehtiyatla istifadə edilməlidir.

DELUKİ T kəskin qapalıbucaqlı qlaukoması olan pasiyentlərdə tədqiq edilməmişdir. DELUKİ T-nin tərkibində yerli istifadə zamanı sistem absorbsiya oluna bil ən karboanhidrazanın inhibitoru olduğu üçün, anamnezində böyrək daşı xəstəliyi olan pasiyentlərdə bu preparatdan istifadə zamanı xəstəliyin inkişaf riski yüksələ bilər. Beta-blokatorlarla müalic ə hipertireoidizmin b əzi simptomlarını gizl ədə bilər. Beta -blokatorlarla müalicənin qəflətən dayandırılması əks təsirlərin qalmasına və ağırlaşmasına səbəb ola bilər.

Dorzolamidin, həmçinin, yerli beta-blokatorların və karboanhidrazanın oral inhibitorlarının birlikdə istifadəsi tövsiyə olunmur. DELUKİ T-nin qaraciyər çatışmazlığı olan pasiyentlərdə istifadəsi tədqiq edilməmişdir, ona görə də belə pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. DELUKİ T-nin tərkibində konservant (benzalkonium xlorid) vardır. Benzalkonium xlorid yumşaq kontakt linzalara təsir göstərə bilər.

Preparatın instillyasiyasından əvvəl kontakt linzalar çıxarılmalı və yalnız göz damcısı damızdırıldıqdan ən azı 15 dəqiqə sonra yenidən taxılmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə istifadəsi əks göstərişdir. Laktasiya dövründə istifadəsi tövsiyə olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Heç bir tədqiqat aparılmamışdır. DELUKİ T-nin istifadəsi zamanı meydana çıxan əlavə təsirlər, məsələn, görmənin dumanlanması nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Bu simptomlar keçm ədən nəqliyyat vasit ələrini v ə digər potensial t əhlükəli mexanizmləri idarə etmək tövsiyə olunmur (bax: “Əlavə təsirləri”).

DELUKİ T istifadə qaydası və dozası

DELUKİ T–nin istifadəsi, müvafiq doza v ə müalicə müddəti mütləq həkim tərəfindən təyin edilir. Adi doza gündə 2 dəfə (səhər və axşam) 1 damcı təşkil edir. DELUKİ T digər göz damcısı il ə eyni zamanda istifad ə olunarsa, onların damızdırılması arasında ən azı 10 d əqiqəlik interval saxlanılmalıdır. H əkim məsləhəti olmadan dərmanın dozasını d əyişdirmək olmaz.

Damcıladıcının ucunun göz və göz ətrafına toxunmasına yol vermək olmaz. Bu, məhlulun (göz damcısının) bakterial çirklənməsinə və nəticədə, göz infeksiyasına s əbəb ola bil ər. Flakonun mümkün çirkl ənməsinin qarşısını almaq üçün bu dərmanı istifadə etməzdən əvvəl əllər yuyulmalıdır. İstifadəsi üçün təlimat 1.

Başınızı arxaya əyin və yuxarı baxın. 2. Alt göz qapağını ehtiyatla aşağı çəkin. 3.

Gözə 1 damcı düşənə qədər flakonu sıxın. 4. Sonra gözünüzü yumun, barmağınızla gözün küncünü sıxın (gözün burunla birləşdiyi yeri) və 1 dəqiqə saxlayın. Flakonun dozatoru bir damcının damızdırılmasını təmin etmək üçün nəzərdə tutulmuşdur.

Dozatorun genişləndirilməsinə ehtiyac yoxdur. Dozanın istifadəsi unudularsa DELUKİ T -ni h əkimin t əyinatına əməl etm əklə istifadə etmək çox vacibdir. Əgər bir dozanın istifadəsi unudularsa, onu xatırlayan kimi, d ərhal istifad ə edilməlidir. Növb əti dozanın vaxtı yaxınlaşmışdırsa, o zaman unudulmuş dozanı buraxaraq, növb əti dozanı vaxtında istifad ə etmək və müalicəni adi rejimdə davam etdirmək lazimdir.

Prepared by  T-Soft E-Commerce.