Support Line : +994503023010
Menu
Account
Forgot password?
REGISTER
Cart

Demoton D N1 flakon

Product Code : 111-14529
İstehsalçı ölkə: Yunanistan
15.00 AZN
Like

Out Of Stock

Notify me when its in stock
Add to List Recommend It Comment Price Alert

Demoton-D, inyeksiya və infuziya məhlulu hazırlamaq üçün toz

Demoton-D, beynəlxalq patentləşdirilməmiş adı: yoxdur

Demoton-D tərkibi

Təsiredici maddələr: 1 flakonda 3500 BV retinola ekvivalent miqdarda retinol palmitat, 220 BV xolekalsiferol, 10,2 mq DL-α-tokoferol (11,2 BV α-tokoferola ekvivalent), 125 mq askorbin turşusu, 5,8 mq kokarboksilaza tetrahidrat (3,51 mq tiaminə ekvivalent), 5,67 mq riboflavin natrium fosfat dihidrat (4,14 mq riboflavinə ekvivalent), 5,5 mq piridoksin-hidroxlorid (4,53 mq piridoksinə ekvivalent), 0,006 mq sianokobalamin, 0,414 mq fol turşusu, 16,15 mq dekspantenol (17,25 mq pantenol turşusuna ekvivalent), 0,069 mq D-biotin, 46 mq nikotinamid.
Köməkçi maddələr: qlisin, qlikoxol turşusu, soya lesitin, natrium hidroksid və/və ya xlorid turşusu.

İstifadəsinə göstərişlər

Daxilə qəbulu əks göstəriş olan və ya mümkün olmayan, absorbsiyanın pozulduğu və ya parenteral qidalanmanın tələb olunduğu hallarda gündəlik vitamin tələbatının qarşılanması məqsədilə böyüklərə və 11 yaşdan yuxarı uşaqlara istifadə olunur.

Əks göstərişlər

Preparatın hər hansı komponentinə, xüsusilə tiaminə (B1 vitamini) qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi üzrə xüsusi klinik tədqiqatlar aparılmadığına görə bu dövrdə istifadəsi tövsiyə olunmur.

Pediatriyada istifadəsi

11 yaşdan kiçik uşaqlarda istifadəsi tövsiyə olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Demoton-D nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

Demoton-D istifadə qaydası

Böyüklərə və 11 yaşdan yuxarı uşaqlara: gündə 1 flakon.
Yüksək tələbatlı hallarda (ağır yanıqlar və s.) gündəlik doza 2–3 dəfə artırıla bilər.

Venadaxili inyeksiya:
Flakonun tərkibi 5 ml inyeksiya üçün mayedə həll olunur. Yüngülcə silkələyin və tam həll olunduqdan sonra tədricən venadaxili inyeksiya və ya fizioloji/qlükoza məhlulunda infuziya şəklində istifadə edilir.

Əzələdaxili inyeksiya:
Flakonun tərkibi 2.5 ml inyeksiya üçün mayedə həll olunur. Dərin əzələdaxili inyeksiya tövsiyə edilir.

Doza buraxıldığı halda:
Dozanı mümkün qədər tez qəbul edin. Əgər növbəti doza vaxtı yaxınlaşırsa, buraxılan dozanı qəbul etməyin, cədvələ uyğun davam edin. İkiqat doza qəbul etməyin.

Prepared by  T-Soft E-Commerce.