Demoton-T 10 ml N1 Amp
-
5
1
-
4
0
-
3
0
-
2
0
-
1
0
Bitib
Stokda olanda mənə xəbər verin.DEMOTON - T, inyeksiya üçün məhlul
DEMOTON - T tərkibi
DEMOTON - T tərkibi, 1 ampulda 75 mq tiamin hidroxlorid, 25 mq piridoksin hidroxlorid, 10 mq riboflavinə müvafiq riboflavin natrium fosfat, 125 mq nikotinamid, 750 µq sianokobalamin, 15 000 TV retinola müvafiq retinol palmitat, 30 mq dekspantenol, 1000 TV erqokalsiferol, 10 mq DL-alfa tokoferol asetat vardır.
Demoton - T, istifadəsinə göstərişlər
Vitamin çatışmazlığı və orqanizmin vitaminlərə yüksək tələbatı; Cərrahi əməliyyatdan əvvəl və sonrakı dövr; Mədə-bağırsaq pozğunluqları, xora, kolit; Polinevritlər, nevralgiyalar, periferik parez və ifliclər; Uzunmüddətli və ağır gedişli xəstəliklərdən sonra rekonvalessensiya dövrü; Ürək-damar, infeksion və dəri xəstəlikləri (kombinəedilmiş müalicə); Hamiləlik və laktasiya dövründə hipovitaminozların və vitamin çatışmazlığının müalicə və profilaktikası; Asteniya; Anemiya; Şüa xəstəliyi; Hipertireoz; Xroniki alkoqolizm; Göz xəstəlikləri (hemeralopiya, konyüktivit, keratit, irit, katarakta, buynuz qişanın xorası).
Əks göstərişlər
Preparatın tərkibinə daxil olan hər hansı vitaminə qarşı hiperhəssaslıq; Hemofiliya; 2 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə hipovitaminozların və vitamin çatışmazlığının müalicə və profilaktikası məqsədilə istifadə oluna bilər.
İstifadə qaydası və dozası
Demoton-T 0,9%-li fizioloji natrium-xlorid məhlulunda və ya 5%-li dekstroza (qlükoza) məhlulunda həll olunub damcı üsulu ilə vena daxilinə yeridilir. Preparatın orta dozası – hər gün 1 ampul. Müalicə kursu – 5–10 gün təşkil edir.