Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 1 ml məhlulun tərkibində 30 mq dekspantenol, 14 mq polivinil spirti vardır. Yardımçı maddələr: kalium dihidrofosfat, dikalium fosfat, benzalkoniy xlorid, inyeksiya üçün su.
Preparatın aktiv maddələrinə yaxud istənilən yardımçı komponentlərinə qarşı hiperhəssaslıq. Yumşaq linza (hidrofil) istifadəsi zamanı
Dekspantenolun v ə polivinil turşusunun hamil ələrdə/süd ver ən qadınlarda işl ədilməsi haqqında klinik məlumat yoxdur. Heyvanlar üz ərində aparılan t əcrübələrdə, hamil əliyə, embrionun/dölün inkişafına, doğuşlara, yaxud postnatal inkişafa bilavasitə yaxud dolayı zərərli təsiri aşkar edilməmişdir. Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi zamanı müalicə həkimi ilə məsləhətləşin. Lazım olmadıqca hamilelik və laktasiya dövründə istifadə etməyin.
Dep-1 göz damcısının instillyasiyasından bilavasit ə sonra görmənin qısamüddətli pisləşməsi ola bil ər, bu da avtonəqliyyatı sürməyə və mexanizmləri idarə etməyə nəzərə çarpmayan təsir edir. İstifadəsi qaydası və dozası Oftalmologiyada yalnız yerli işlədilməsi üçündür. Böyüklərə Dep-1 konyunktiv kisəyə sutkada 6 d əfəyə qədər damcılanır. Ağır hallarda göz damcılarını hər saatda damcılamaq olar.
Müalicə kursunun davamiyy əti klinik mənzərədən asılıdır v ə fərdi t əyin olunur. Adətən süni göz damcıları bütün ömrü boyu işl ədilə bilər, o hallar istisna olmaqla ki, əlamətlər müv əqqəti xarakter daşıyır və əsas xəstəliklə, yaxud medikamentoz müalicəyə reaksiya ilə əlaqədardır. Hər işlədildikdən sonra preparat olan flakonun bağlanılması vacibdir. Damcılanan yerin ucu göz ə yaxud başqa bir səthə toxunulmamalıdır.
Bir neçə oftalmoloji preparat eyni zamanda istifadə olunursa, onların arasında 15 dəqiqədən az olmayan interval olmalıdır, göz məlhəmlərindan ən sonda istifadə olunur. Pediatrik əhali Preparatın uşaqlarda v ə yeniyetmələrdə işlənməsinin təhlükəsizliyi və effektivliyi təyin olunmamışdır. Müvafiq müayinələr aparılmamışdır.