Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml emulsiyanın tərkibində 0,5 mq siklosporin vardır.
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. Mikroorqanizmlərin törətdiyi göz infeksiyası.
Bu preparatı qəbul etməzdən əvvəl həkiminizlə, yaxud əczaçı ilə məsləhətləşin. Həkiminiz preparatın fayda/risk nisbətini qiymətləndirdikdən sonra qərar verə biləcək. Əgər müalicə ərzində hamilə olduğunuzu bilsəniz, dərhal həkiminizlə, yaxud əczaçı ilə məsləhətləşin. Laktasiya Bu preparatı qəbul etməzdən əvvəl həkiminizlə, yaxud əczaçı ilə məsləhətləşin.
Həkiminiz preparatın fayda/risk nisbətini qiymətləndirdikdən sonra laktasiyaya və ya dərmandan istifadəyə qərar verə biləcək. Reproduktiv potensiala malik effektli kontrasepsiya üsullarından istifadə etməyənqadınlara tövsiyə edilmir.
Əgər preparatın gözlərə damızdırılmasından sonra göz patologiyaları, yaxud bulanıq görmə baş verərsə, xəstələr aydın görənə kimi sürücülük və mexanizmlərin idarə olunması fəaliyyətləri ilə məşğul olmaqdan ötrü bir qədər gözləməlidirlər.
Eynicinsli, ağ rəngdə, şəffaf olmayan emulsiyanın alınması üçün istifadəsindən əvvəl flakonu bir neçə dəfə başıaşağı çevirin. Çirklənməsinin (infeksiyalamasının) qarşısını almaq üçün flakonun ucunun gözünüzə, yaxud hər hansı bir səthə toxunmasına yol verməyin. DEPORES süni göz yaşı preparatı ilə yanaşı istifadə oluna bilər; preparatlar arasında 15 dəqiqə interval olmalıdır. DEPORES ancaq göz üçün istifadə olunmalıdır.
Bir dəfə fərdi istifadə üçün nəzərdə tutulmuş emulsiya flakonu açılan kimi dərhal bir və ya hər iki gözə təyin olunmalı və artıq qalan preparat dərhal atılmalıdır. Preparatın istifadəsindən sonra pasiyentlərə sistem absorbsiyanı azaltmaq üçün 2 dəqiqə ərzində göz yaşı-burun okklyuziyasından istifadə etmək və gözlərini bağlamaq məsləhət görülür. DEPORES oftalmik emulsiyanı gündə iki dəfə təxminən 12 saatdan bir hər gözə bir damcı damızdırmaq lazımdır. Müxtəlif yaş qrupları Uşaqlarda istifadəsi DEPORES preparatının effekti və təhlükəsizliyi 16 yaşdan aşağı yaşlarda öyrənilməyib.
Yaşlılarda istifadəsi Cavan və yaşlı xəstələrdə DEPORES preparatının effektifliyində və təhlükəsizliyində fərq müşahidə olunmayıb. Xüsusi hallarda istifadəsi Böyrək/qaraciyər çatışmazlığı Bu qrup əhali arasında yerli oftalmik təyini haqda məlumat yoxdur. DEPORES preparatının qida və içkilərlə birlikdə qəbulu DEPORES gözdaxili təyin olunduğu üçün qida və içkilərlə qarşılıqlı təsiri gözlənilmir. Əgər Siz DEPORES preparatını qəbul etməyi unutmusunuzsa Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin.
Əgər Siz DEPORES preparatını qəbul etməyi dayandırırsınızsa Siz DEPORES preparatını qəbul etməyi dayandırsanız heç bir əlavə təsirlə qarşılaşmazsınız. DEPORES preparatının təsirinin çox zəif, yaxud güclü olmasını düçünürsünüzsə, bu haqda həkiminizə, yaxud əczaçıya məlumat verin.