Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 15 ml məhlulun tərkibində 50 000 BV D3 vitamini vardır.
− Uşaqlarda raxitin profilaktikası; − yüksək risk qruplarında D 3 vitamini çatışmazlığının qarşısının alınması (malabsorbsiya, nazik bağırsağın xroniki x əstəlikləri, qaraciyərin biliar sirrozu, m ədənin v ə/və ya nazik bağırsağın rezeksiyasından sonrakı vəziyyət); − raxit və osteomalaziyanın müalicəsi; − D vitamin defisitinin müalicəsi; − hipoparatireoz və psevdohipoparatireozun müalicəsi; − osteoporozun müalicəsi.
Desiferolun D vitamini v ə ya dərmanın tərkib hissələrindən hər hansı birin ə yüksək həssaslığı olan xəstələrdə istifadəsi əks göstərişdir. Ağır arterial hipertoniya, proqressiv ateroskleroz v ə aktiv ağciyər vərəmində yüksək dozaların uzun müddət istifadəsi əks göstərişdir. D hipervitaminozu, hiperkalsiemiya, hiperkalsiuriya, böyrək daşı olan pasiyentlərdə və kalsiuma qarşı yüksək həssaslıq hallarında istifadəsi əks göstərişdir.
Hamiləlikdə təhlükəsizlik kateqoriyası: C. Hamiləlik dövründə xolekalsiferolun istifadəsi ilə bağlı klinik məlumatlar yoxdur. Heyvanlar üzərində hamiləlik və/və ya embrional və/və ya bətndaxili və/və ya perinatal v ə postnatal böyümə dövründə aparılan tədqiqatlar qənaətbəxş deyil. İnsan üçün potensial risk bəlli deyil.
Desiferolun hamiləlik dövründə zəruri olmadıqda istifadə edilməməlidir. Yalnız zəruri hallarda həkim nəzarəti altında istifadə edilə bilər. Laktasiya D vitamini metabolitl əri, ana südünd ə az miqdarda tapıl ır. Sadəcə ana südü il ə qidalanan və günəş işığına kifayət qədər məruz qalmayan körpələrdə D vitamini tədarükünə ehtiyac ola bilər.
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
Preparat yalnız ağızdan qəbul olunur. 1 ml Desiferol məhlulu 25 damcı təşkil edir. D vitamini çatışmazlığının qarşısının alınması və müalicəsi üçün preparatin aşağıdakı dozaları istifadə edilməlidir: Yaş qrupu D vitamini çatışmazlığının profilaktikası və müalicəsi üçün doza Məsləhət görülən doza (BV/gün) Maksimal qəbul ediləbilən doza (BV/gün) Damcı/gündə Yenidoğulmuşlar 400 BV/gün (10 mkq/gün) 1000 BV/gün (25 mkq/gün) 3-8 damcı gündə 1 ay -1 yaş 400 BV/gün (10 mkq/gün) 1500 BV/gün (37,5 mkq/gün) 3-11 damcı gündə 1-10 yaş 400-800*BV/gün (10-20 mkq/gün) 2000 BV/gün (50 mkq/gün) 3-15 damcı gündə 11-18 yaş 400-800*BV/gün (10-20 mkq/gün) 4000 BV/gün (100 mkq/gün) 3-30 damcı gündə Böyüklər və 18 yaşdan yuxarı 600-1500 BV/gün (15-37,5 mkq/gün) 4000 BV/gün (100 mkq/gün) 5-30 damcı gündə * Lazım gələrsə, 1000 IU-ya qədər artırıla bilər. D vitamini çatışmazlığını müalicə etmək üçün istifadə olunan dozalar.
Müalicə müddəti təxminən 6-8 həftədir və ya həkimin tövsiyəsi ilə müəyyən olunur: Yaş qrupu D vitamini çatışmazlığının müalicəsi üçün doza (6-8 həftə) Yaş qrupu Məsləhət görülən doza (BV/gün) Damcı/gündə Günlük müalicə Həftəlik müalicə Günlük müalicə Həftəlik müalicə Yenidoğulmuşlar 1000 BV/gün (25 mkq/gün) Tətbiq olunmur 8 damcı gündə Tətbiq olunmur 1 ay-1 yaş 2000-3000 BV/gün (50 -75 mkq/gün) Tətbiq olunmur 15-23 damcı gündə Tətbiq olunmur 1-10 yaş 3000-5000 BV/gün (75 -125 mkq/gün) Tətbiq olunmur 23-38 damcı gündə Tətbiq olunmur 11-18 yaş 3000-5000 BV/gün (75 -125 mkq/gün) Tətbiq olunmur 23-38 damcı gündə Tətbiq olunmur Böyüklər və 18 yaşdan yuxarı 7000-10.000 BV/gün (175-250 mkq/gün) 50.000 BV/həftədə (1250 mkq/həftədə) 53-75 damcı gündə 15 ml həftədə (1 flakon həftədə)