Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 16 mq kandesartan sileksetil vardır.
• Arterial hipertenziya. • Ürək çatışmazlığı və sol mədəciyin sistolik funksiyasının pozulması (SMAF≤ 40% azalması) zamanı AÇF inhibitorları ilə birgə kombinasiyada və ya AÇF inhibitorlarına qarşı hiperhəssaslıq zamanı istifadə olunur.
Kandesartan sileksetilə və ya p reparatın digər komponentlərinə qarşı yüksək həssaslıq. Hamiləlik və laktasiya dövrü. Kəskin qaraciyər çatışmazlığı və ya xol estaz. Laktozaya dözümsüzlük, laktaza defisiti və qlükoza-qalaktozalı malabsorbsiya sindromu.
Tərkibində aliskiren olan preparatlarla birgə şəkərli diabetli xəstələrdə (1-ci və ya 2-ci tip) və böyrək çatışmazlığı olan xəstələrdə (yumaqcıq filtrasiyasının sürəti <60 ml/dəq/1,73m2) istifadəsi əks göstərişdir.
Hamiləlik kateqoriyası – X. Hamiləlik zamanı kandesartan sileksetilin istifadəsi əks göstərişdir. Angiotenzin II reseptorunun antaqonistlərinin istifadəsi ilə uzunmüddətli müalicə zəruri olmadıqda, hamiləliyi planlaşdıran xəstələrə təhlükəsizliyi təsdiq olunmuş antihipertenziv preparatlarla müalicə tövsiyə olunur. Kandesartanla müalicə zamanı hamiləlik aşkar edildikdə kandesartan sileksetilin qəbulunu dayandırmaq və alternativ müalicə metoduna keçmək lazımdır.
Renin-angiotezin-aldosteron sisteminə birbaşa təsir göstərən dərman preparatları hamiləlik dövründə istifadə zamanı dölün h əyat fəaliyyətində ciddi pozğunluq lara (böyrək fəaliyyətinin pozulması, oliqohidramnion, kəllə sümüklərinin ossifikasiyasının zəifləməsi, dölün bətndaxili hipotrofiyası), yenidoğulmuş uşaqda isə ağırlaşmalara (böyrək çatışmazlığı, oliqouriya, anuriya, arterial hipotenziya) və hətta embrionun ölümünə gətirib çıxara bilər. Laktasiya dövrü Kandesartanın ana südünə keçməsi ehtimalı məlum deyil. Ana südü ilə qidalanan uşaqlarda əlavə reaksiyanın yaranması ehtimal edildiyinə görə, kandesartan sileksetilin istifadəsi zərurəti yarandığı hallarda döşlə əmizdirməni dayandırmaq lazımdır. Fertillik Məlumat yoxdur.
Xüsusi xəstə qruplarında istifadəsi Tədqiqat aparılmayıb. Uşaq və yeniyetmələrdə istifadəsi Uşaq və yeniyetmələrdə (18 yaşdan aşağı) hipertenziyanın və ürək çatışmazlığının müalicəsi zamanı kandesartanın təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib.
Kandesartan sileksetil qəbul edən bəzi xəstələrdə yorğunluq və başgicəllənməsi halları baş verə bilər. Bu hallar baş verən xəstələrdə Kandesartan sileksetil qəbul edilən müddətdə nəqliyyat vasitələrini idarə etmək və ya təhlükəli mexanizmlərdən istifadə edilməsi məsləhət görülmür.
Arterial hipertenziya zamanı Arterial hipertenziya zamanı kandesartanın tövsiyə olunan başlanğıc və dəstəkləmə dozası gündə 1 dəfə 8 mq təşkil edir. Maksimal gündəlik doza – 16 mq. Müalicə arzu olunan arterial təzyiq göstəricisi əldə olunana qədər aparılır. Maksimal terapevtik effekt müalicəyə başladıqdan 4 həftə sonra əldə olunur.
Yaşlı şəxslərdə Preparatın başlanğıc dozasını dəyişməyə ehtiyac yoxdur. Hipovolemiya zamanı Tövsiyə olunan doza – 4 mq. Böyrək çatışmazlığı zamanı Böyrək çatışmazlığı olan, o cümlədən hemodializli xəstələrdə tövsiyə olunan başlanğıc doza gündə 1 dəfə 4 mq-dır. Əldə olunan nəticəyə görə dozaya dəyişiklik edilir.
Böyrək funksiyalarının ağır pozuntusu olan xəstələrdə (KK<30 ml/dəq/1.73 m2 bədən səthinin sahəsi) preparatın istifadəsinin kliniki təcrübəsi məhduddur. Qaraciyər çatışmazlığı zamanı Yüngül və zəif qaraciyər çatışmazlığı olan xəstələrdə tövsiyə olunan başlanğıc doza – 2 mq/sut. Doza xəstənin reaksiyasından asılı olaraq dəyişdirilə bilər. Kəskin qaraciyər çatışmazlığı olan xəstələrdə bu preparatın istifadəsinə dair məlumat yoxdur.
Qarışıq müalicə Kandesartan sileksetilin və tiazid qrupundan diuretiklərin (xlortiazid) eyni zamanda qəbulu birincinin antihipertenziv effektini gücləndirir. Ürək çatışmazlığı zamanı Tövsiyə olunan başlanğıc doza gündə 1 dəfə 4 mq-dır. Dozanın gündə 1 dəfə 32 mq-a yaxud maksimum mümkün dozaya qədər artırılması onun ən azı 2 həftə intervallarla iki dəfə artırılması yolu ilə aparılır. Yaşlı xəstələrdə, hipovolemiya olan xəstələrdə, böyrək çatışmazlığı, yüngül və zəif qaraciyər çatışmazlığı olan xəstələrdə başlanğıc dozaya düzəliş tələb olunmur.
Qarışıq müalicə Kandesartanı xroniki ürək çatışmazlığı zamanı istifadə edilən digər preparatlarla, məsələn, AÇF inhibitorları, beta-adrenoblokatorlar, diuretiklər və ürək qlikozidləri ilə birgə təyin etmək olar. İstifadəsi Kandesartan qida qəbulundan asılı olmayaraq gündə bir dəfə qəbul edilməlidir. Uşaq və yeniyetmələrdə istifadəsi Uşaq və yeniyetmələrdə (18 yaşdan aşağı) kandesartanın təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib.