Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 5 mq moksifloksasin (moksifloksasin hidroxloridə ekvivalent), 1,0 mq deksametazon fosfata (deksametazon natrium fosfata ekvivalent) vardır.
Deksamoksi, steril göz damcısı preparata həssas mikroorqanizml ər t ərəfindən tör ədilən göz infeksiyalarının müalic əsi v ə həmçinin əməliyyatdan sonrakı iltihab v ə bakterial infeksiyanın profilaktikası məqsədilə istifadə edilir.
Təsiredici maddəyə, köməkçi maddələrə və ya digər xinolonlara qarşı hiperhəssaslıq; Herpes simplex keratitis, Vaccinia, varicella tərəfindən törədilən keratit; Buynuz qişa və ya konyunktivanın virus xəstəlikəri, suçiçəyi və digər virus infeksiyaları, canlı viruslarla vaksinasiyası (inək çiçəyinə qarşı),; Göz strukturunun göbələk xəstəlikləri və ya müalicə olunmamış parazitar göz infeksiyaları; Mikobakterial göz infeksiyaları.
Deksamoksi dərman vasit əsinin istifadəsi ilə əlaqəli risklər barədə məlumat verəcək adekvat v ə yaxşı nəzarət olunan t ədqiqatlar aparılmamışdır. Hamiləlik zamanı uzunmüdd ətli v ə ya t əkrar sistem kortikosteroidlərin istifadəsi b ətndaxili inkişafın l əngiməsi riskinin artması il ə əlaqələndirilmişdir. Hamiləlik dövründ ə əhəmiyyətli dozalarda kortikosteroidl ər q əbul ed ən anaların körp ələri doğuşdan sonra hipoadrenalizm əlamətlərinə görə diqqətlə müşahidə olunmalıdırlar. Heyvanlar üz ərində deksametazonla aparılan tədqiqatlarda embrio-fetal toksiklik və teratogenlik müşahidə edilmişdir.
AUC əyrisinə əsasən m oksifloksasinin insanlar üçün tövsiyə olunan maksimal oftalmik dozadan (MROHD) 30 d əfə yüksək dozalarda orqanogenez dövründ ə siçovullara v ə meymunlara peroral, dovşanlara isə venadaxili yeridilməsi zamanı analarda və ya döldə əlavə təsir yaranmamışdır. Viqdakesa hamiləlik dövründə yalnız potensial fayda döl üçün potensial riskdən yüksək olduğu zaman istifadə edilə bilər. Moksifloksasin və ya deksametazonun yerli istifadədən sonra insanlarda ana südünə keçməsi məlum deyil. Süd ver ən siçovullar üz ərində aparılan t ədqiqatlarda moksifloksasinin peroral istifad ədən sonra süd ə keçməsi qeyd edilmişdir.
Moksifloksasin və deksametazonun ana südünd ə aşkarlanması və ya körpəyə klinik təsir ehtimallarının olmamasına baxmayaraq, südəmər körpələr üçün risk istisna edilmir. Südəmər körpələrdə və analarda fayda/risk nisbəti dəyərləndirilərək, preparatla müalicənin və ya ana südü ilə qidalandırmanın dayandırılmasına qərar verilməlidir. Deksamoksinin insanlarda və ya heyvanlarda fertilliyə təsiri barədə məlumat yoxdur. Moksifloksasin və ya deksametazonun kişi v ə ya qadın fertilliyin ə təsir etməsi bar ədə klinik m əlumatlar m əhduddur.
Deksametazonun istifad əsi il ə heyvanlar üz ərində standart fertillik tədqiqatları aparılmamışdır. Moksifloksasin siçovullarda fertilliyə təsir etmir.
Müvəqqəti bulanıq görm ə və ya digər görmə pozulmaları nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetməyə təsir ed ə bilər. Preparatın istifad əsindən sonra görm ədə bulanıqlıq yaranarsa, n əqliyyat vasitələrini və digər mexanizmləri idarə etməzdən əvvəl görmənin aydınlaşmasını gözləmək lazımdır.
Cərrahi əməliyyatdan sonrakı infeksiya və iltihabın profilaktikası üçün Əməliyyatdan 1 gün əvvəl başlayaraq və sonrakı 15 gün ərzində əməliyyat olunan gözə gündə 3 dəfə 1 damcı. Katarakta əməliyyatı keçirmiş xəstələrdə preparat əməliyyatdan sonra dərhal istifadə edilir. LASIK üsulu ilə refraktiv əməliyyat keçirmiş xəstələrdə, məhlul əməliyyatdan sonrakı 15 dəqiqə ərzində istifadə edilməlidir. Bu preparata həssas mikroorqanizmlər tərəfindən törədilən göz infeksiyaları: 7 gün ərzində gündə 3 dəfə 1 damcı.
Ayrı-ayrı qrup xəstələrdə dozalanma Qaraciyər və böyrək funksiyasının pozulması Qaraciyər və ya böyrək funksiyasının pozulması olan xəstələrdə preparat tədqiq edilməmişdir. Uşaqlarda istifadəsi (18 yaşdan aşağı) Klinik tədqiqatlarda preparatın uşaqlarda istifadə təcrübəsi məhduddur; spesifik tövsiyələr yoxdur. Yaşlı xəstələr (65 yaş və yuxarı) 65 yaşdan yuxarı xəstələrdə Viqadeksanın istifadəsinə dair mövcud məlumatlar məhdud saydadır. Lakin bu yaş qrupuna dair xəstələrdə dozaya düzəlişlərin edilməsini tələb edən dəlillər mövcud deyil.
İstifadə qaydası Yalnız okulyar istifadə üçündür. Kontaminasiyaya yol verməmək üçün, flakonun ucluğunu hər hansı bir səthə toxundurmaq olmaz. Damcıtök ənin ucluğunu h əmçinin gözə də toxundurmaq olmaz, bel ə ki, bu gözü zədələyə bilər. Flakonun qapağını açdıqdan sonra, flakonun k ənarındakı halqa boşalarsa, d ərman vasit əsinin istifadəsindən əvvəl halqanı çıxarmaq lazımdır.
Birdən artıq yerli oftalmoloji vasitə istifadə edildiyi zaman, dərman preparatları arasında ən azı 5 dəqiqə fasilə olmalıdır. Məlhəm ən sonda istifadə edilir. Preparatın damcıladılmasından sonra gözün daxili bucağının və ya göz qapaqlarının ehtiyatla bağlanması tövsiyə olunur. Bu, yerli istifadə olunan dərman vasitəsinin sistem absorbsiyasını azaldaraq, sistem əlavə təsirlərin də azalmasına kömək edə bilər.