Sevimlilərə əlavə edin
Paylaşın

Diakrin 600MG N30 Tab

Məhsul Kodu : 111-28878
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
25,22 AZN
Kateqoriya: Endokrin
KolleksiyaQiymət Xəbərdarlığı

DİAKRİN, örtüklü tabletlər

DİAKRİN tərkibi

Təsiredici maddə: 1 tabletin təkibində 300 mq və ya 600 mq tiokt turşusu vardır.

İstifadəsinə göstərişlər

Böyüklərdə periferik (sensomotor) diabetik polineyropatiya simptomlarının müalicəsi.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Diakrin uşaqlara və 18 yaşa qədər yeniyetmələrdə əks göstərişdir, belə ki, bu kateqoriya pasiyentlərdə istifadəsinə dair klinik təcrübə yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Heyvanlar üzərində aparılan tədqiqatlarda aşkar olunmuşdur ki, tiokt turşusu reproduktiv funksiyaya birbaşa və ya dolayı mənfi təsir göstərmir. Hamiləlik zamanı Diakrin, yalnız ana üçün fayda və dölə olan risk nisbəti ciddi qiymətləndirildikdən sonra istifadə edilə bilər. Laktasiya Tiokt turşusu/onun metabolitlərinin ana südü ilə xaric olması barədə məlumat yoxdur. Ana südü ilə qidalandırmadan imtina olunma qərarı və ya Diakrinun qəbulunun dayandırılması qərarını üşaq üçün ana südü ilə qidalanmanın və ana üçün preparatın istifadəsinin faydasının üstünlüklərini nəzərə almaqla vermək lazımdır.

Fertillik Reproduktiv toksiklik tədqiqatlarında tiokt turşusunun fertilliyə hər hansı təsiri aşkar edilməmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Diakrin nəqliyyat vasitəsi və mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Dərman vasitəsinin qəbulu zamanı başgicəllənmə və mərkəzi sinir sistemində baş verən digər əlavə təsirlər yarandıqda, nəqliyyat vasitəsi və mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.

DİAKRİN istifadə qaydası və dozası

Məsləhət görülən doza: sutkada 600 mq tiokt turşusu. Gündəlik dozanın hamısını birinci qida qəbuluna qədər 30 dəqiqə öncə (acqarına) qəbul etmək lazımdır, xüsusən bu mədənin boşalma sürəti aşağı olan pasiyentlərə aid edilir. Qida qəbulu zamanı Diakrinin qəbulu tiokt turşusunun sorulmasını azalda bilər. Tabletləri bütöv şəkildə, çeynəmədən, kifayət qədər maye ilə udmaq lazımdır.

Diabetik polineyropatiya xroniki xəstəlik olduğu üçün Diakrinlə uzun müddətli terapiya tələb oluna bilər. Diabetik polineyropatiyanın əsas terapiyası şəkərli diabetin müvafiq müalicəsi hesab edilir. Xəstəliyin ağır simptomları olan pasiyentlərə tiokt turşusunun başlanğıc infuzion terapiyası məsləhət görülə bilər. Uşaqlar və yeniyetmələr Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə Diakrinin istifadəsi əks göstərişdir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-28878

Oxşar Məhsullar

Aktrapid 100 İu 10 ml Flakon
21,56 AZN -%0
21,56AZN
Alfalip 600MG/50 ml Sistem
8,00 AZN -%0
8,00AZN
Alfasart 600 Mq N30 Tablet
28,72 AZN -%0
28,72AZN
Alfateks 25MG 24 ml N5 Amp
34,61 AZN -%0
34,61AZN
Amaril 2 Mq N30 Tablet
4,67 AZN -%0
4,67AZN
Amaril 3 Mq N30 Tablet
8,21 AZN -%0
8,21AZN
Amaril 4 Mq N30 Tablet
7,85 AZN -%0
7,85AZN
Amaril M 2 Mq/500 Mq N30 Tablet
10,94 AZN -%0
10,94AZN
Asformin 1000mg N100 Tablet
9,31 AZN -%0
9,31AZN
Asformin 850MG N100 Tb
6,29 AZN -%0
6,29AZN
Asigliy Met 50/1000 N28 Tab
28,80 AZN -%0
28,80AZN
Asiklovir 200MG N20 Vietnam
1,00 AZN -%0
1,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce